Qayğının əsasları

Qayğının əsasları (ing. The Fundamentals of Caring) — 2016-ci il ABŞ istehsalı komediya-dram, yol səyahəti janrındakı film. Rob Barnetin rejissorluğu ilə ərsəyə gəlib. Film yazıçı Conatan Evisonun müəllifi olduğu "The Revised Fundamentals of Caregiving" adlı romanın motivləri əsasında çəkilib. Filmin baş rollarında Pol Radd, Kreyq RobertsSelena Qomez iştirak edir. Premyerası 26 yanvar 2016-cı ildə Sandens Film Festivalında baş tutub. Film 24 iyun 2016-cı ildə Netflix-də yayımlanıb.[4][5]

Qayğının əsasları
ing. The Fundamentals of Caring
Janr dram filmi
Baş rollarda
Distribütor Netflix
İlk baxış tarixi 2016
Müddət 93 dəq.
Ölkə
Dil ingilis dili
Rəng rəngli
Çəkiliş yeri Atlanta
IMDb ID2452386

Yazıçı bir adam kədərli hadisədən sonra karyerasına son qoymaq qərarına gəlir. Yeni işə düzələrək əlil bir oğlanın qayğısına qalmağa başlayır. O, əlil oğlan ilə yaxın dost olur və birlikdə əyləncəli yol səyahətinə çıxırlar.

  1. 1 2 3 http://www.metacritic.com/movie/the-fundamentals-of-caring.
  2. 1 2 3 http://www.allocine.fr/film/fichefilm_gen_cfilm=234664.html.
  3. Česko-Slovenská filmová databáze (çeş.). 2001.
  4. Robinson, Will. "Netflix sets June premiere date for The Fundamentals of Caring". Entertainment Weekly. April 1, 2016. April 3, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 30, 2024.
  5. Osterndorf, Chris. "Review: Netflix's 'The Fundamentals of Caring' runs on Rudd". The Daily Dot. June 24, 2016. July 2, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 18, 2017.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]