Məsum bəy Qayıbov

Məsum bəy Mirzə Məhəmmədqulu bəy oglu Qayıbov və ya Nikolay Dmitrieviç Qayibov (d. 1864, Şuşa, Rusiya imperiyası — ö. 1915, Tiflis, Rusiya imperiyası) — məşhur Qayıbovlar nəslinə mənsub olan hərbçi. Çar ordusunda xidmət etmiş və general-mayor rütbəsinə qədər yüksəlmişdir.[1]

Məsum bəy Qayıbov
Məsum bəy Mirzə Məhəmmədqulu bəy oglu Qayıbov
Doğum tarixi
Doğum yeri Şuşa, Şuşa qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Həyat yoldaşı İrina xanım
Uşaqları Boris bəy, Mixail bəy
Dini Pravoslav (Xristianlıq)
Fəaliyyəti zabit

Məsum bəy Mirzə Məhəmmədqulu bəy oglu 1864-cü ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Bakı real məktəbini bitirəndən sonra orduda xidmət eetməyə başlamışdı. 1 sentyabr 1881-ci ildə siravı kadet kimi orduda xidmət etməyə başlayan Məsum bəyin ilk xidmət bölüyü II Konstantinovski Hərbi Məktəbi olmuşdur. 12 avqust 1883-cü ildə podporuçik rütbəsi ilə bu məktəbi bitirmiş və XIV Gürcüstan Qrenadier Alayında xidmət etməyə başlamışdır. 12 avqust 1887-ci ildən 28 aprel 1893-cü ilə qədər Leytenant rütbəsi ilə Mirzə Məsum bəy Qayıbov Qafqaz Hərbi Dairəsində xidmət etmişdir. 28 aprel 1893-cü ildən 19 may 1899-cu ilə qədər o, bölgə qərərgahında xidmət etmiş, 4 iyun 1895-ci ildə ştabs kapitan rütbəsinə yüksəlmişdir.[2][1]

19 may 1899-cu ildə o, bölgə qərərgah komandanı adyunatının köməkçisi təyin edilmiş, 6 dekabr 1899-cu ildə kapitan rütbəsinə yüksəldilmişdir. 4 dekabr 1903-cü ildə isə, bölgə qərərgah komandanının əsas adyutantı təyin edilmiş, 26 fevral 1904-cü ildə polkovnik-leytenant rütbəsinə yüksəldildikdən sonra Qafqaz Hərbi Dairəsinə ali adyutant vəzifəsinə təyin edilmişdir. 1907-ci ilin 6 dekabrında polkovnik rütbəsinə yüksəlmişdir.[3][4]

13 mart 1909-cu ildə polkovnik Qayıbov Terek bölgəsindəki Kazakların komandanının köməkçisi vəzifəsinə göndərilmiş, 6 dekabr 1913-cü ildə general-mayor vəzifəsinə yüksəlmişdir. Bu ali rütbəyə layiq görülməsinin səbəbi xidmətdə fərqlənmə olmuşdur.[5]

15 avqust 1915-ci ildə xəstəliyə görə xidmətdən ayrılmış, elə həmin ildə yaşadığı Tiflis şəhərində vəfa etmişdir.[1]

Məsum bəy İrina xanımla ailə qurmuş və Pravoslavlığı qəbul etmişdi. Bundan sonra adını dəyişdirərək Nikolay Dmitrieviç Qayibov etmişdi. Boris bəy, Mixail (Mahmud adını qəbul edib) bəy adlı oğlanları vardı.[1]

  1. 1 2 3 4 Çingizoğlu, 2005
  2. Кавказский календарь на 1893 год. — Тифлис, 1892, s. 309
  3. Список полковникам по старшинству. Часть I, II и III. Составлен по 1-е марта 1911 г. — Санкт-Петербург, 1911. s. 725
  4. Çingizoğlu, 2005. səh. 27
  5. Список генералам по старшинству. Составлен по 15-е Апреля 1914 года. — Пг., 1914, s. 912
  • Ənvər Çingizoğlu. Məhəmmədxan ağanın törəmələri (Qayıbovlar). Bakı: Soy. 2005.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]