Qay Minisi Fundan

Qay Minisi Fundan (lat. Gaius Minicius Fundanus; I əsrən tezi 123) — Qədim Roma hərbi və siyasi xadimi. O, Minisilər plebey ailəsindəndir. 107-ci ildə konsul-suffekt təyin edilmişdir.

Qay Minisi Fundan
lat. Gaius Minicius Fundanus
Şəxsi məlumatlar
Doğum tarixi I əsr
Vəfat tarixi ən tezi 123
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Retiyada aşkar edilmiş və 107-ci il tarixli hərbi diplomda qeyd edilən bir məlumat sayəsində məlum olur ki, Minisi bu dövrdə konsul-suffekt olmuşdur. Onun həmkarı Qay Vettenni Sever olmuşdur.[1]

122–123-cü illərdə Fundan Asiya vilayətinin prokonsulu vəzifəsini icra etmişdir. Bu zaman o, sələfi Kvint Lisini Silvan Kvadroni Prokul tərəfindən imperator Adriana göndərilən vəxristianlar haqqında olan məktuba cavab almışdır. Əzabkeş Yustin tərəfindən qorunub-saxlanılmış reskriptdə Adrian fərman vermişdir ki, xristianları ittiham edənlər öz ittihamlarını sübut etmək yükünü daşımalı[2] və əks təqdirdə böhtana görə cəzalandırılmalıdırlar.[3]

  • Galimberti, Alessandro. Hadrian, Eleusis, and the beginnings of Christian apologetics // Rizzi, Marco (redaktor). Hadrian and the Christians (ingilis). Berlin: De Gruyter. 2010. ISBN 978-3-11-022470-2.
  • Haddad, Robert M. The Case for Christianity: St. Justin Martyr's Arguments for Religious Liberty and Judicial Justice (ingilis). Plymouth: Rowman & Littlefield. 2010. ISBN 978-1-58979-575-4.