Qayalarda qalan səs (film, 1995)

Film-tamaşada hadisələr bir mağarada baş verir. Qumru (Lətifə Cahandarqızı) əri Qulu (Vaqif Əsədov) ilə birgə düşməndən qaçaraq bu mağarada gizlənmişdir. Lakin onun əri artıq öldürülmüşdür. Qumru tez-tez mağaranı tərk edərək düşməndən ərinin qisasını almaqdadır. Film-tamaşa boyu Qumru ərinin ruhu ilə danışır. Sonda isə Qumrunun özü də düşmən gülləsinə tuş gəlir.

Qayalarda qalan səs
Janr dram
Rejissor Rövşən Almuradlı
Ssenari müəllifi Nahid Hacızadə
Baş rollarda Lətifə Əliyeva — Qumru
Vaqif Əsədov — Qulu
Operator İsrafil Ağazadə
Rəssam Adil Azay
İstehsalçı "SABAH" Eksperimental Yaradıcılıq Birliyi
Filmin növü tammetrajlı televiziya film-tamaşası
Müddət 55 dəq.
Ölkələr Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 1995
Rəng rəngli

Məzmun[redaktə | mənbəni redaktə et]

Film-tamaşada Qumru və Qulunun timsalında Azərbaycan xalqının başına gətirilən bəlalar əks etdirilməyə çalışılır.

Film-tamaşanın heyəti[redaktə | mənbəni redaktə et]

Film-tamaşa üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Ssenari müəllifi: Nahid Hacızadə
Quruluşçu rejissor: Rövşən Almuradlı
Quruluşçu operator: İsrafil Ağazadə
Quruluşçu rəssam: Adil Azay
Prodüser: Ramiz Mirzəyev
Səs rejissoru: Firudin Hüseynov
Rejissor: Teymur Quliyev
Geyim üzrə rəssam: Şahin Həsənov
Operator: Etibar Şirinov
Qrim ustaları: Elbrus Vahidov, Ulduz Kazımova
Rejissor assistentləri: Qönçə Ağabəyli, Etibar Əliyev
Rəssam assistenti: Aygün Mahmudova
Montaj: Rauf Sultanov
İşıq ustası: Əbdülnəsir Kutiyev
Redaktor: İlhamiyyə Rzayeva
Direktor: Nazim Dadaşov

Rollarda[redaktə | mənbəni redaktə et]

Lətifə Əliyeva (Lətifə Cahandarqızı kimi) — Qumru
Vaqif Əsədov (Vaqif Əsəd Firudinoğlu kimi) — Qulu
Sabir Qurbanov — aşıq
Ulduz Kazımova — gəlin
Aygün Mahmudova — gəlinin soldışı
Qönçə Ağabəyli — gəlinin sağdışı
Firudin Hüseynov — rəqs edən
A.Əliyev — rəqs edən
Şahin Həsənov — rəqs edən

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]