Vaqif Əsədov (tam adı: Vaqif Firudin Əsədov; 5 aprel 1947, Naxçıvan MSSR – 19 may 2022) — Azərbaycanın teatr rejissoru, Azərbaycan Respublikasının xalq artisti (2006), Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru, ssenari müəllifi, aktyor.
Vaqif Əsədov | |
---|---|
Doğum tarixi | 5 aprel 1947 |
Doğum yeri | |
Vəfat tarixi | 19 may 2022 (75 yaşında) |
Vətəndaşlığı | |
Həyat yoldaşı | Zemfira Əliyeva |
Fəaliyyəti | aktyor, kino aktyoru, teatr rejissoru |
Fəaliyyət illəri | 1969-cu ildən |
Təhsili | |
Mükafatları |
|
IMDb | ID3296906 |
Əsədov Vaqif Firudin oğlu 5 aprel 1947-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. 1969-cu il may ayının 25-də Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indi ki,Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti "Dram və kino aktyorluğu" fakültəsini bitirib. 1969-cu ildən 1989-cu ilə kimi Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor, quruluşçu rejissor, baş rejissor vəzifələrində çalışıb. 1982–1989-cu illərdə Naxçıvan şəhərində fəaliyyət göstərmiş "Cavid" Poeziya Teatrının yaradılmasına nail olmuşdur. Teatr səhnəsində oynanılan üç tamaşadan sonra o vaxt üçün çox böyük hesab olunan Lenin Komsomolu mükafatı laureatı adına layiq görülmüşdür. V. Əsədov hələ aktyor kimi işləyərkən yadda qalan bir çox obrazlar yaratmışdır. Rejissor kimi onun Naxçıvan teatrında hazırladığı "Elektra" tamaşası uğurlu tamaşa kimi vaxtı ilə Moskva televiziyası ilə nümayiş etdirilmişdir.
Mərhum aktrisa Zemfira Əliyevanın həyat yoldaşı, Rejissor, aktyor Rüfət Əsədovun əmisioğludur.
Naxçıvan Dövlət Musiqili Dram Teatrında quruluş verdiyi tamaşalar:
"Cavid" Poeziya Teatrındaki fəaliyyəti
1989-cu ildən o, Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərir, V. Əsədovun Dövlət Gənc Tamaşaçılar teatrında hazırladığı İ. Coşğunun "Açıl, bənövşəm açıl", A. Həsənzadənin "Mağara", "Oxu bülbül" kimi əsərlər gənclərin sevdiyi tamaşalara çevrilmişdir. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında hazırladığı tamaşar
Rejissor həmçini Akademik Milli Dram Teatrının səhnəsində "Burlaxatun"(N. Xəzri) və İrəvan Dövlət Dram Teatrın səhnəsində "Məhəbbət yaşayır hələ" (Hidayət),
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı səhnəsində "Qar çiçəyi" — (Y. Abramov, L. Bəyim) tamaşalarına qurluş vermişdir.
Rejissorun yaradıcılığı yalnız teatr tamaşaları hazırlamaqla məhdudlaşmamış. O, eyni zamanda bir sıra irimiqyaslı Dövlət səviyyəli tədbirlərin quruluşçu rejissoru və ssenari müəllifi olmuşdur. Belə tədbirlərdən C. Məmmədquluzadənin 120 illiyi, C. Məmmədquluzadənin 150 illiyi, H. Cavidin 120 illiyi, Zərifə Əliyevanın 80 illiyi, Heydər Əliyevin 80 illiyi, S. Vurğunun 100 illiyi, Həsən Turabovun 80 illiyi , "Yeni teatr" gənc rejissorların ümumrespublika festivalının açılış və bağlanış mərasimlərini, Gənclər Festivalı çərçivəsində "Tarixin canlı səhifələri"ni qeyd etmək olar.
I Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalı çərçivəsində Maqsud şair Leyla Bəyim və Yefim Avramovun müəllifi olduğu "İmmolatio" ("Qurbanvermə") tamaşasına,
II Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalı çərçivəsində "LEYLA. FONS VITAE" poeziya tamaşasına qurluş vermişdir.
19 may 2022-ci ildə vəfat etmişdir[1].