Qayon qəsri (fr. Château de Gaillon) — Orta əsr qalası yerində tikilən intibah dövrününün qəsri. Renessans üslubunda Fransada tikilən ilk saray. Fransa inqilabından sonra qəsr penitensiar müəssisə kimi demək olar ki, tamamilə rekonstruksiya edilib. Obyekt Fransanın milli tarixi abidəsi kimi təsnif edilib.[1]
Qayon qəsri | |
---|---|
fr. Château de Gaillon | |
49°09′40″ şm. e. 1°19′47″ ş. u. | |
Ölkə | Fransa |
Status | təsnif 1862 1965 |
Yerləşir | Er departamenti |
Memar | bilinmir |
Tikilmə tarixi | 1453, 1192, 1810 |
Üslubu | Renessans |
Rəsmi sayt | chateaudegaillon.fr |
Vikianbarda əlaqəli mediafayllar |
1192-ci ildə Fransanın kralı II Filip Avqust ilə İngiltərənin kralı və Normandiya hersoqu Torpaqsız İohan arasında sülh müqaviləsinin şərtlərinə görə Qayon tarixi Normand Veksen vilayəti, o cümlədən də bir sıra möhəkmələndirilmiş şəhərlərlə, misal üçün Evryo ilə yanaşı fransız kralının hakimiyyəti altına düşdü. Torpaqsız İohann taxtda əsir qardaşı Şirürəkli Riçardı əvəz etdi. Şirürəkli Riçard 1194-cü ildə azad edilmişdir. Riçard Normandiya torpaqlarına qayıdandan sonra Fretevalda Kapetinqlər üzərində qələbə ilə bəzi mülklərini geri qaytara bildi, lakin Qayon və Vernonu azad edə bilmədi. Bu səbəbdən də o öz mövqeyini möhkəmləndirərək Andeli kəndində, Sena çayının digər sahilində Şato-Qayar qəsrinin tikilməsinə dair göstəriş verdi. Yanlız 1204-cü ildə bütün Normandiyanın işğalından sonra Qayon tamamilə Fransa kralının şəxsi mülklərinin tərkibinə daxil edildi.
Normandiya hersoqluğu ilə Fransa kralının torpaqları arasında sərhəddə yerləşən Qayon qalası 1196-cı il Qayon sülh müqaviləsinin imzalanması ilə II Filip Avqust tərəfindən tutuldu. Həmin ildə fransız kralı qalanın müdafiəsini muzdluların başçısı Lamberi Kadoka etibar etmişdi. Növbəti il Fransa kralı qalanı hərbi əməliyyatlarda iştirakına görə Kadoka hədiyyə etdi. Lamber Kadok 1197-ci ildən 1209-cu ilə qədər Qayon qəsrinin senyoru olub. Bu illərdə II Filip Avqust qəsri güc yolu ilə almış və Kadoku həbs etmişdir.
Kral mülkiyyətində olan qəsri 1262-ci ildə Ruan arxiyepiskopu Ed Riqo pulla almışdır. Kral IX Lüdoviq bu qəsrin satışına görə ruan dəyirmanlarını və 4000 livr gəlir əldə etmişdir. Qəsr Ruan arxiyepiskopların mülkünə və öz öz növbəsində də yay iqamətgahına çevrilmişdir.
1454-cü ildə arxiyepiskop Qiyom d’Etutvil qəsri rəngləmək və "Ostel Neuf" tikmək qərarına gəlir. Qəsrdə irimiqyaslı quruculuq işləri aparan növbəti arxiyepiskop Jorj Ambuaz olub. Məhz Ambuz qəsri renessans sarayı kimi restavrasiya etdirib.
O italyan incəsənəti və memarlığına rəğbət bəsləyirdi, bu səbəbdən də Qayonu öz "italyan sarayına" çevirmək qərarına gəlir. Rekonstruksiya iki mərhələdə aparılıb. 1502-ci ildən 1506-cı ilə qədər Jorj Ambuzun dəvəti ilə qəsrdə Luara vadisindən olan memarlar iştirak edib. 1509-cu ildə Qayon qəsri Fransada renessans üslubunda tikilən ilk qəsr oldu. Onun formalaşdırılması üzərində İtaliya və Ruanadan olan memarlar zəhmət çəkib; İtaliyadan karrar mərmərindən olan monumental fontan gətirilib və həyətində quraşdırılıb. İstifadəyə yararsız hala düşdükdən sonra onu XVIII əsrdə sökdülər, fontanın parçalarını Pikardiyada hersoq de Laroşfukonun Liankur sarayına apardılar. Daha sonra qəsri Laroşfukoya verdilər ki, o da qəsrin cənub meydanını daha da gözəlləşdirir. Kardinalın işini onun varisi Jorj d'Ambuz davam etdirdi və qəsrdə kiçik kilsəninin tikintisini başa çatdırdı. Quruculuq uzun illər davam etdi. Həmin dövr müasirləri qəsri "Fransanın ən gözəl və möhtəşəm yeri" kimi xaraterizə edirdilər. Arxiyepiskop Jak-Nikol Kolber təxminən 1700-cü ildə memar Fransua Mansara klassisizm üslubunda "Kolber pavilyonunun tikilməsini həvalə etdi. Qayon qəsrini öz iqamətgahı kimi istifadə edən son arxiyepiskop Dominik de Laroşfuko olub.
1925-ci ildə qəsri hərracda satdılar. Qədim parkın bir hisəsi olan mülkün şimal-qərb hissəsi 1965-ci ildə tarixi abidə kimi təsnif edilib. 1970-ci il 13 may tarixində dövlət tərəfindən qəsr geri alındı. Fransanın tarixi abidələrinin baş memarı Jorj Dyuval 1977-ci ildə başlayan restavrasiya layihəsi çərçivəsində tədqiqat işlərinə başlamışdır. Parisdə incəsənət məktəbində qorunub saxlanılan əşyalar qəsrə geri qaytarıldı.
2009-cu ilin sentyabrında "Association pour la Renaissance du Château" (İntibah dövrü qəsr Assossasiyası) təşkil edildi. Assossasiyanın əsas vəzifəsi qəsrin tanınma dairəsini genişləndirmək və onu geniş ictimaiyyətə təqdim etmək idi. Bu layihədə Qayon bələdiyyəsi də iştirak edir.
2011-ci ilin yayında qəsr öz qapılarını ziyarətçilərinin üzünə açdı. Qonaqların diqqətinə XVI əsr vəziyyətində qəsrin maketinə aid mərkəzi hissə, yeni kompozisiya təqdim edildi. Fəaliyyət göstərdiyi ilk il ərzində qəsri 7000 nəfər ziyarət etdi. ikinci mövsümdə isə 8000 nəfər qalanı ziyarət etdi. 2013-cü ildə qəsr mart ayının 30-dan sentyabr ayının 30-na qədər ziyarət üçün açıq oldu. Jorj d’Ambuzun yaşayış fligelinin ekskursiya marşrutu üzrə daha bir zal, məhz məhbusların saxlanıldığı zirzəmi əlavə edildi. Buna qədər girişdəki kiçik qəsr, aşağı kilsə və Sena çayına panoram görünüşü ilə yürüş qalereyası da ziyarətə açıq elan edilmişdi.
1793-ci ildə qəsrin əmlakı talan edilib. 1812-ci il 3 dekabr fərmanına əsasən, Qayon qəsri I Napoleon tərəfindən 90 000 frank ödənilməsinə görə dövlət mülkiyyətinə keçdi. Qəsrdə türmənin inşa edilməsinin həvalə edildiyi muzdlu memarlar tutuldu. Bu işlərin gedişində qəsri 3/4 hissəyə böldülər. Türmənin açılışı 1816-cı il noyabrın 5-də baş tutdu. Lakin quruculuq işləri 1824-cü ildə tam olaraq başa çatdı. 1824-cü ildən 1868-ci ilə qədər Qayon qəsrinə əksər hissəsi həddi-buluğu çatmamış olan cinayətkarları göndərirdilər. Tezliklə bu islahedici müəssisə Fransanın ən böyük türmələrindən birinə çevrildi.[2] 1840-cı ildən başlayaraq burada həddi-buluğu çatmayan məhbusların sayında kəskin artım qeydə alındı. Bu artım həmin dövr Fransanın daxili işlər naziri Tanqi Dyuşatelin fəaliyyəti ilə əlaqələndirilir. Bu ildə türməyə il ərzində 100-dən çox gənc məhbus qəbul edilmişdir. Bu məhbusları Qayon qəsrinə Paris və onun ətrafından, o cümlədən də Ruanadan göndərirdilər.[3] 1862-ci ildə Qayon qəsri milli tarixi abidə kimi təsnif edildi.[1]1868-ci ilin sentyabr ayının 25-dən başlayaraq qəsrdəki gənc və yaşlı dustaqları ayrı-ayrı kameralarda saxlamağa başladılar. 1876-cı ildə əzəmətli bağlar yerində Fransada ilk dəfə olaraq ruhi və epilepaiya xəstələri üçün müəssisə tikdilər. Türmə 1901-ci ildə bağlandı, məhbuslarını digər həbsxanaya köçürtdülər. 1902-ci ildə burada hərbçilər yerləşdirilmişdir.
Qayon qəsri Fransada Renessans üslubunda (1500-1509) tikilmiş ilk qəsr hesab olunur. Həmin dövrün digər abidəsi - Bulan qəsri Qayon qəsrindən sonra tikilib. Bu qəsr memarlıqda təmtəraqlı qotik stilindən, intibah stilinə keçidin ən heyrətamiz nümunəsidir. Təəssüf ki, qala müasir görünüşünü əsasən həbsxana kimi fəaliyyət göstərdiyi keçmişinə borcludu. Qəsrin girişində qorunub saxlanılan fligeli (əsas binanın yanında tikilmiş ev və ya əlavə tikili, bina) Fransız İntibah memarlığının ən parlaq nümunəsi sayılır.