Təsnif (fars. تصنيف) — Azərbaycan milli musiqi janrı. Muğamdan əvvəl və ya sonra ifa edilir.[1] Əvvəllər təsnifin mövzuları xalq ruhunu əks etdirən vətənpərvərlik təsnifləri idi. Daha sonra təsniflər klassik şeirlərdən istifadə edərək əsas olaraq sevgi mövzulara həsr olunmuşdur.[2].
Təsnif nəzəriyyəsi ilk dəfə XV əsrdə Əbdülqadir Marağayinin yazılarında qeyd edilir, lakin XIX əsrin sonuna qədər klassik Avaz və ya Radifi üstün tutaraq təsnif janrını ciddiyə alınmırdı. Qacar dövründə (1875–1925) vokal oxumə mədəniyyəti bir neçə kateqoriyaya bölünürdü: dini, xalq, məşhur, kübar və siyasi. Təsnif ilə yanaşı həmçinin sürud (fars. سرود — himn), dini mahnılar və təranə (fars. ترانه — xalq mahnısı) mövcud olmuşdur.[3]. "Təsnif" sözü klassik musiqi ilə müəllif mahnısı janrların birləşməyin ifadəsidi. O dövrdə müəyyən poetik və aristokrat dairələrdə məşhur idi. Murtuza Neydavud və Məhəmməd Əli-Əmir Cahid kimi bəstəkarlar klassik təsnifin musiqi irsini genişləndirmişdilər. Qacar dövrünün bəstəkarları, əhəmiyyətli üslub və tematik dəyişikliklərlə təsniflərində ənənəvi formaları birləşdirir. XIX əsrin fars poeziyasının xüsusiyyətlərindən biri fars dilinin kütləvi auditoriyaya çatdirilmaq üçün sadələşdirilməsi idi.[4]
İranda Konstitusiya İnqilabının dövründə (1905–1911), siyasi mübarizə prosesində təsnif və təranə mühüm rol oynadı. Bu dövrün bir çox şairi qəzəl kimi sadə poetik formalarda, həm da sərbəst formalarda yazırdılar. Tasnif inqilabçı cəmiyyətlərdə və konsert zallarında qeyri-rəsmi görüşlərdə səslənirdi.
Təsnif — dəstgah şöbələri arasında (əvvəlkinə nəhayət vermək, "yekun vurmaq", sonrakına isə keçmək üçün) ifa olunan mahnı formasına bənzər (kuplet forması) dəqiq və sabit ölçülü nəğmə.
Azərbaycan aşıq şeirinin digər şəkilləri kimi bərabər hecalı və sabit qafiyə sisteminə malik olan təsniflər ədəbiyyatşünaslıqda ən az öyrənilmiş şeir şəkillərindən biridir. Sadə, aydın bir dilə sahib olan təsniflərdə hər misra 5 hecadan ibarət olur. Təsniflər, adətən, 3, 4, 5, 6 misralı olur, bəndlərin sayında isə məhdudiyyət yoxdur. XIII–XIV əsrlərdə yaşamış Yunis Əmrənin yaradıcılığında təsniflərin olması bu şeir şəklinin qədimliyindən xəbər verir.
Forma və məzmun xüsusiyətləri nəzərə alınmaqla təsniflərin saya, nəqəratlı və mürvəti formaları vardır. Nəqəratlı təsniflərdə şeirin ilk üç misrası həmqafiyə olur, son iki misra isə eyni misranın təkrarı üzərində qurulur. İfa zamanı da şeirin üç misrası əsas aşıq tərəfindən "Təsnif" üzərində oxunur, son iki misrada isə əsas aşıqla yanaşı, tərəf-müqabil aşıq tərəfindən nəqərat üstündə ayaq verilir. Mürvəti təsniflər aşıq ədəbiyyatında həm də "Təkərləmə təsnif" kimi tanınır. Şeirin birinci misrası 6, ikinci misrası 5 hecalıdır, qafiyə sistemi isə klassik yazılı ədəbiyyat nümunələri kimidir.[5]
Musiqi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |