Qaytaran Abbasov

Qaytaran Abbasov (d. 12 yanvar 1964, Zəngilan - ö. 16 may 1993, Zəngilan) — Azərbaycan Milli Ordusunun əsgəri, 1-ci Qarabağ müharibəsinin şəhidi.

Qaytaran Abbasov
Qaytaran İbrahim oğlu Abbasov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Zəngilan, Azərbaycan
Vəfat tarixi (29 yaşında)
Vəfat yeri Zəngilan, Azərbaycan
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Xidmət illəri 1992—1993

Həyatı[redaktə | mənbəni redaktə et]

Qaytaran Abbasov 12 yanvar 1964-cü ildə Zəngilan rayonunun Qıraq Müşlan kəndində anadan olub. 1979-cu ildə Zəngilan Qıraq Müşlan kənd tam orta məktəbində orta təhsilini başa vurub. Daha sonra Qaytaran Abbasov 114 saylı texniki peşə məktəbində təhsil alıb. Hərbi xidmətini başa vurduqdan sonra Abbasov Mingəçevir şəhərində elektrik quraşdırma idarəsində çalışıb.

Qaytaran Abbasov ailəli idi. Sona adlı bir qızı yadigar qalıb.

Qarabağ müharibəsi[redaktə | mənbəni redaktə et]

Qaytaran Abbasov 12 dekabr 1992-ci il tarixində Azərbaycanın ağır günlərində Milli Ordunun sıralarına könüllü olaraq qatıldı. Qaytaran Abbasov həmin il Ağdam, Tərtər, QubadlıZəngilan rayonu uğrunda gedən döyüşlərdə döyüşdü. 1992-ci ildə Qaytaran Abbasov "Zəngilan" Batalyonunda döyüşüb. Qaytaran Abbasov 16 may 1993-cü ildə 29 yaşında Zəngilan rayonu uğrunda gedən döyüşlərdə qəlpə yarası alaraq qəhrəmancasına şəhid olub.

Qaytaran Abbasov Zəngilan rayonunda Şəhidlar xiyabanında dəfn olunub.

İstinadlar[redaktə | mənbəni redaktə et]