Qayvan

Qayvan (蓋碗/盖碗; hərfən— “qapaqlı qab”) – ənənəvi Çin çay mərasimində istifadə edilən çay dəmləmək üçün qab. Bəzən (蓋杯 gay bey — “qapaqlı fincan”) və ya 焗盅 (szyu çjun — “istiliyi saxlayan qab”) da adlandırırlar.

Qayvan — qabın müasir adıdır. O Min sülaləsi dövründə ixtira olunmuşdur.[1]

Min sülaləsi dövründən qabaq çay hazırlandığı qabdan fincanlara süzülürdü. Bu baxımdan qayvan çayın dəmləndiyi qabdan birbaşa fincana süzülməsinin qarşısını alan qab kimi ixtira edilmişdi. O dövrdə qayvanlar daha böyük idilər.

Müasir qayvan- fincan (80-250 ml), qapaq və nəlbəkidən ibarət dəstdir. Nəlbəki torpağı, qapaq səmanı, fincan isə onların arasında olan insanı təcəssüm etdirir.[2]

Qayvandan həm çaynik kimi, həm də fincan kimi istifadə etmək olar. Klassik qaydaya uyğun olaraq qayvanlar saxsıdan hazırlanırlar. Lakin şüşə qayvanlar da istehsal olunur. Əgər qayvandan həm də finsan kimi istifadə edilməsi nəzərdə tutulursa, bu halda şüşə qayvan yaramır.

Müasir dövrdə adətən çay alanda qayvanda çay dəmləyərək onun dadına baxırlar. Bəziləri gündəlik çay dəmlənməsi uçun də ondan istifadə edirlər. Qayvanda istənilən çayı dəmləmək olar, amma bu üsul əsasən zəif fermentləşdirilmiş (yaşıl çay, ağ çay, ulun) çaylar üçün daha uyğun sayılır.

Qayvanda çay dəmlənməsi

[redaktə | mənbəni redaktə et]

Qayvanda çay dəmlənməsi prosesi aşağıdakı mərhələlərdən ibarətdir:

  • Suyu qaynatmaq və ya müvafiq çay sortuna uyğun gələn temperaturadək (75-90 dərəcə) qızdırmaq və ya soyutmaq.
  • Qayvanı qaynar su ilə yaxalamaq.
  • Çay yarpaqlarını qayvana tökmək (100-120 ml-ə 7 qram).
  • Çay yarpaqlarının üstünə qaynar su tökmək və o suyu dərhal axıtmaq (puer çaylarında bu proses üç dəfə təkrar oluna bilər).
  • Qaynar suyu qayvanın divarı ilə süzərək onu doldurmaq.
  • Tünd çay dəmi almaq istəyirsinizsə, 10-30 saniyə gözləmək və çayı fincanlara tökmək. İstənilən halda 5-7 dəqiqədən artıq gözləmək məsləhət deyil (puer çayları istisna olmaqla). Hesab olunur ki, birinci dəm daha faydalıdır. Bir dəfəyə beşədək dəm almaq mümkündür.[3][4][5]

Qayvanda həm çay dəmlənən çaynik kimi, həm də ondan fincan kimi istifadə edilə bilər. Əgər qayvandan çaynik kimi istifadə edilirsə, o halda çayı birbaşa fincanlara və ya əvvəlcə çahay adlanan qaba, oradan isə fincanlara süzürlər.[6]

  1. Rubin, Ron. Tea chings: The tea and herb companion appreciating the varietals and virtues of fine tea and herbs (2nd). New York: Newmarket Press. 2002. 70. ISBN 978-1-55704-491-4. 2022-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-11.
  2. Arxivlənmiş surət, 2021-06-23 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2014-04-11.
  3. Arxivlənmiş surət, 2022-01-24 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2014-04-11.
  4. Arxivlənmiş surət, 2016-12-10 tarixində = Как заваривать чай в Гайване orijinalından (#bad_url) arxivləşdirilib, İstifadə tarixi: 2021-01-21.
  5. Arxivlənmiş surət, 2019-08-14 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2014-04-11.
  6. Arxivlənmiş surət, 2021-06-23 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2014-04-11.

Xarici istinadlar

[redaktə | mənbəni redaktə et]