Çində çay mədəniyyəti — Çin mədəniyyətinin bir hissəsi hesab olunan çay mərasimi.
Çay agacının vətəni Çin hesab edilir. Məhz çinlilər yarpaqdan hazırlanmış həlimin insan orqanizmi üçün tonlaşdırıcı təsirinə diqqət yetirmiş və bu bitkinin becərilməsinə başlamışlar.
Çayla baglı ilk xatirələrə təxminən 5000 il bundan əvvəl Çin əlyazmalarında rast gəlinir.
VIII əsrdə məşhur Çay haqqında traktatı yaradılmışdır. Traktatın müəllifi Lu Yuy hesab edir ki, çay yarpagının xüsusiyyətlərini ilk dəfə lazımınca qiymətləndirən Çinlilərin əcdadı Sen Nun olmuşdur. O, bir çox bitkiləri öyrənmiş, çoxlu zəhər qəbul etmiş, çaydan isə zəhər əleyhinə vasitə kimi istifadə etmişdir. Onun istifadə etdiyi acı cövhəri yaşıl çay adlandırdılar. Qədimdə çinlilər onu 72 zəhərə qarşı dərman hesab edir və yalnız xəstələrin müalicəsi üçün istifadə edirdilər. Daha sonra çay yarpagını dini mərasimlərdə istifadə etməyə başladılar. Buddizmin çiçəklənmə dövründə çay sadə insanlar arasında məşhurlaşdı. Onu buddist rahibləri öz şagirdləri ilə söhbət əsnasında süfrəyə ənənəvi şərabla birlikdə verməklə yaymışdırlar. Müdriklər Daonun bütöv bir çay fəlsəfəsini yaratdılar. Daoslar inanırdılar ki, çay dəmi insanın iç dünyasına daxil olmaga, yerlə göy, zaman və məkan arasında qarşılıqlı əlaqədə bəşəriyyətin yerini öyrənməyə kömək edir.
Çin qanunları VIII əsrdə çayın dəmlənməsinə qəti tələblər qoydular. Bununla baglı olaraq çayın dəmlənməsi üçün içərisi şirli olan ag çini qab kəşf etdilər. Bu fincanda içkinin rəngini yaxşı görmək, dadın və ətrin cövhərin rəngindən asılılıgını asanlıqla seçmək olar. Çinlilər istehsal zamanı çay yarpagının rənginin dəyişməsinə diqqət yetirməyə başladılar. XVIII əsrdə çayın yüzdən çox növü məlum idi və o Çində ən məşhur içkiyə çevrildi. Dövrümüzdə çay qonaqlıgı zamanı çinlilər qonaqlara deyirlər: " Əsl çayı dadmaqla siz həyatın ləzzətini dadmış olursunuz" .[1]