Əli Bayramlı rayonu — Azərbaycan Sovet Sosialist Respublikasında 1930–1963-cü illərdə mövcud olmuş inzibati vahid. İnzibati mərkəzi Əli Bayramlı şəhəri olmuşdur.
Əli Bayramlı rayonu | |
---|---|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 8 avqust 1930 |
Ləğv olunub | 4 yanvar 1963 |
Sahəsi |
|
Əhalisi | |
Əhalisi |
|
Əli Bayramlı rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. 24 yanvar 1939-cu il tarixində Əli Bayramlı rayonunun 5 kənd sovetliyi Qazıməmməd rayonuna birləşdirilmişdir. Əli Bayramlı rayonu 3 aprel 1952-ci ildən 23 aprel 1953-ə qədər Bakı vilayətinə daxil edilmişdir.
4 dekabr 1959-cu il tarixində Qazıməmməd rayonu ləğv edilmiş, ərazisi Əli Bayramlı rayonuna birləşdirilmişdir.[1]
1961-cı il tarixli məlumata görə rayona 2 şəhər (Əli Bayramlı və Qazıməmməd şəhərləri), 1 şəhər tipli qəsəbə (Qaraçala) və 16 kənd sovetliyi (Azadkənd, Atbulaq, Vladimirovka, Güdəcühür, Kalinov, Qarabağlı, Qarasu, Minbaşı, Moranlı, Muğan Gəncəli, Navahı, Rəncbər, Udullu, Xələc, Çöl Beşdəli, Şıx Salahlı) daxil olmuşdur.[2]
Əli Bayramlı rayonu 4 yanvar 1963-cü il tarixində ləğv edilmiş, ərazisi Sabirabad, Salyan rayonları və Əli Bayramlı şəhər soveti arasında bölünmüşdür.[3]
1939-cu il siyahıyalmasına görə Əli Bayramlı rayonu əhalisi 34.734 nəfər olmuşdur. Onların 76,4%-i azərbaycanlı, 18%-i rus, 2,1%-i ukraynalı, 1,1%-i isə ləzgi olmuşdur.[4] 1959-cu il siyahıyalmasına görə Əli Bayramlı rayonu əhalisi 76.446 nəfər olmuşdur.[5]