Qazaxıstan–Rusiya münasibətləri — Qazaxıstan Respublikası ilə Rusiya Federasiyası arasındakı mövcud ikitərəfli əlaqələr.
Qazaxıstan-Rusiya münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
İlk dəfə 22 oktyabr 1992-ci ildə qurulmuşdur. Qazaxıstan və Rusiya stabil, qarşılıqlı anlaşma şəraitində inkişaf edir. Sovet dönəmini çıxmaq şərti ilə yeni dövürda rus və qazaxlar arasında açıq münaqişələr müşahidə edilmir. Rusiya ərazisində MDB ölkələri arasında Özbəkistandan sonra ən böyük qazax diasporu Rusiyada yaşayır. Nəzərə almaq lazımdır ki, Qazax xanlıqlarından sonuncusunun paytaxtı Orenburq şəhəri olmuşdur. Sovet hökumətinin ilk illərində Qazaxıstanın paytaxtı məhz Orenburq olmuşdur (Orınbor ş.).
1995-2009-cu illər ərzində mal dövrüyəsi 5230 milyon dollardan 12832 milyon dollara qədər artmışdır[1]. 2009-cu ilə olan mal dövrüyəsi isə Rusiyanın Türkmənistan, Qırğızıstan, Özbəkistan və Tacikistan ilə olan mal dövrüyyəsindən iki dəfə çoxdur.
Qazaxıstan MDB dövlətləri arasında Belarusdan sonra ikinci ölkədir ki, Rusiyadan ən çox elmi məqsədlər üçün avadanlıqlar alır[2].
Qazaxıstanda Rusiyaya məxsus nümayəndəliklər:
Rusiyada Qazaxıstanа məxsus nümayəndəliklər:
1994-cü ildən Leninsk (hazırda Baykonur adlanır) Rusiyaya icarəyə verilir. İcarə müddəti 2050-ci ilə qədərdir. İllik icarə haqqının miqdarı 115 milyon dollar təşkil edir. Bununla belə Qazaxıstan istənilən vaxt icarəni dayandıra bilər.
Şəhərin Rusiyaya məxsus mülküyyəti icarə ərazilərində qorunur.
2007-ci ildə qazax tərəfi Rusiya hökumətinə Xəzər dənizi ilə Azov-Qara dəniz hövzə arasında birbaşa əlaqənin qurulması üçün Rusiya ərazisindən Avrasiya kanalının tikintisi təklif etmişdir. Bu layihə əgər gerçəkləşərsə Qazaxıstan Rusiya ərazisindən istifadə etməklə nəhəng dəniz dövlətinə çevrilməyi düşünür.