Qazaxıstan Milli İncəsənət Universiteti (QazMİU) (qaz. Қазақ ұлттық өнер университеті, rus. Казахский национальный университет искусств) — Astana şəhərində yerləşən Qazaxıstanın ali təhsil müəssisəsi.
Qazaxıstan Milli İncəsənət Universiteti QazMİU | |
---|---|
qaz. Қазақ ұлттық өнер университеті rus. Казахский национальный университет искусств | |
51°07′22″ şm. e. 71°28′22″ ş. u. | |
Əvvəlki adı | Qazaxıstan Milli Musiqi Akademiyası |
Əsası qoyulub | 1998 |
Tip | Universitet |
Şəhər | Astana |
Ölkə | |
Ünvan | Tauelsızdık prospekti 50, Astana |
Sayt | kaznui.kz |
Qazaxıstan Milli Musiqi Akademiyası 31 mart 1998-ci ildə keçmiş Qazaxıstan prezidenti N. A. Nazarbayevin dəstəyi ilə yaradılmışdır. Qazaxıstan Milli Musiqi Akademiyasında təhsil ibtidai (1-8 siniflər), orta (9-12 siniflər), ali (1-4 kurs) və aspirantura (magistratura və doktorantura) təhsillərini əhatə edirdi.[1] Qazaxıstan hökumətinin 12 oktyabr 2009-cu il tarixli qərarına əsasən Qazaxıstan Milli Musiqi Akademiyası yeni status aldı və Qazaxıstan Milli İncəsənət Universiteti adlandırıldı.
QazMİU nümayəndələri Avstriya, İtaliya və Rusiyada keçirilən musiqi yarışmalarının qalibləri olmuşdular. 2000-ci ildən Astana Bələdiyyəsi və Qazaxıstan Milli Musiqi Akademiyası beynəlxalq "Shabyt-Inspiration" müsabiqəsini keçirdirlər.[2] Buranın məzunları Astana və Qazaxıstanın digər şəhərlərinin həmçinin yaxın və uzaq xarici ölkələrinin təhsil müəssisələri və musiqi qruplarında çalışırlar.[2]