Qazaxıstan Xarici İşlər Nazirliyi

Qazaxıstan Xarici İşlər Nazirliyi (qaz. Қазақстан Республикасының Сыртқы істер министрлігі) — Hökumətin daxilində xarici siyasət fəaliyyətini həyata keçirən Qazaxıstan Respublikasının mərkəzi icra orqanı, Qazaxıstan Respublikasının diplomatik xidmət orqanlarının vahid sisteminə rəhbərlik edir.

Qazaxıstan Xarici İşlər Nazirliyi
  • qaz. Қазақстан Республикасының Сыртқы істер министрлігі
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Qazaxıstan
Yurisdiksiya Qazaxıstan
Baş qərargah Astana, Qazaxıstan

Rəsmi saytı mfa.gov.kz
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nazirliyə Qazaxıstan Respublikasının Prezidenti tərəfindən təyin olunan və vəzifədən azad edilən nazir rəhbərlik edir.

"Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə" Qazaxıstan Respublikası Hökuməti tərəfindən 28 oktyabr 2004-cü il tarixində 1118 nömrəli qərarı təsdiq edilmişdir.

Eyni zamanda, 28 oktyabr 2004-cü ildə "Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin Müstəqil Dövlətlər Birliyi İşləri Komitəsi"nin (“Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin Müstəqil Dövlətlər Birliyi İşlər Komitəsi haqqında” 21 mart 2000-ci il tarixli 421 nömrəli qərarı ilə təsis edilmişdir.) funksiyaları və əmlakları Qazaxıstan Xarici İşlər Nazirliyinə verilməsi ilə ləğv edilməsi qərarı verildi.

Beynəlxalq informasiya komitəsi

[redaktə | mənbəni redaktə et]

Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İnformasiya Komitəsi, Qazaxıstan Respublikasının müsbət imicini gücləndirmək üçün xüsusi tətbiqetmə və nəzarət funksiyalarını yerinə yetirən bir qurumdur.

Komitənin əsas vəzifəsi siyasi, iqtisadi, sosial, humanitar və digər fəaliyyət sahələrində dövlət siyasətinin həyata keçirilməsidir.

Xarici orqanlar

[redaktə | mənbəni redaktə et]

Diplomatik və konsulluq idarələri Qazaxıstan Xarici İşlər Nazirliyinin sisteminə daxildir. Hazırda dünyanın 68-dən çox ölkəsində 93 xarici nümayəndəlik var - səfirliklər, beynəlxalq təşkilatların daimi nümayəndəlikləri, diplomatik nümayəndəliklər, baş konsulluqlar, konsulluqlar və pasport-viza xidməti.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]