Qazaxıstan almanları (alm. Kasachstandeutsche) - Qazaxıstanda yaşayan etnik almanlara verilən ümumi addır. Qazaxıstan almanları ölkənin şimal-şərq əraziləri başda olmaqla, əsasən Astana və Oskeman şəhərlərinin arasındakı ərazilərdə yaşamaqdadırlar.[1] Almanların Qazaxıstanda məskunlaşmasının əsas səbəblərindən biri siyasi amillərlə bağlıdır. Nasist Almaniyasının Sovet Sosialist Respublikaları İttifaqına 1941-ci ilin iyun ayında hücum etməsindən sonra həmin ilin oktyabr ayında Qafqaz almanlarının mütləq əksəriyyəti Qazaxıstana köçürülmüşdür. Həmin hadisələr zamanı təkcə Azərbaycanda yaşayan 22 min alman Qazaxıstana köçürülüb.
Qazaxıstan almanları Volqa almanlarının törəmələri hesab olunur. Barbarossa əməliyyatının başlamasının ardından Volqa Alman Muxtar Sovet Respublikası ləğv edilərək ərazidə yaşayan almanlar Qazaxıstana sürgün edilirdi. Almanların xidmətlərindən daha çox QULAQ düşərgələrində istifadə olunmuşdur. Deportasiyadan sonra SSRİ rəhbərliyi tərəfindən imperiya daxilində yaşayan etnik almanların assimilasiya edilməsi üçün xüsusi dövlət siyasəti tətbiq edilməyə başlandı. Bu məqsədlə almanların köçürüldükləri ərazilərdə alman dilində təhsil qadağan edilir, xalqın tarixi və mədəniyyəti ilə bağlı olan bayramların və dini mərasimlərin keçirilməsinə icazə verilmirdi. Xalqa hörmət və təbii yerdəyişmədə Sovet rəhbərliyi tərəfindən qadağan edilmişdir.
SSRİ daxilində yaşayan almanlara qarşı repressiv siyasətin həyata keçirilməsinin yeganə məqsədi Nasist Almaniyası tərəfindən Barbarossa əməliyyatının başladılması idi. Cənubi Qafqaz və Volqaboyunda yaşayan almanların sürgün edilməsi barədə göstərişi İosif Stalin vermişdi. Cənubi Qafqaz və Volqaboyu ərazilərində yaşayan almanların bu ərazilərdə məskunlaşması XIX əsrin əvvəllərinə təsadüf edirdi. Dini müxtəliflik və sosial problemlər səbəbindən Almaniya imperiyasının kasıb əyalətlərindən gələn volqa almanlarının babaları istər Rusiya imperiyası, istərsə SSRİ dövründə dinc şəkildə yaşamışdılar.
Sovet təbliğat maşını tərəfindən Nasist Almaniyası ilə imperiya daxilində yaşayan almanlar bir-biri ilə əlaqələndirilsə də, əslində heç bir əlaqələri olmamışdır. 1972-ci ildə 3.500 almanın adından Sovet hökumətinə yenidən Volqaboyu ərazilərinə qayıtmaqla bağlı müraciət edildi. Hökumətin cavabında məsələnin araşdırılması üçün xüsusi komitənin yaradılacağı göstərilmişdir. 1976-cı ildə həmin məsələ ilə bağlı yaradılmış komitənin qərarına əsasən Şimali Qazaxıstan ərazisində, mərkəzi Ermantau şəhəri olmaqla etnik alman əhalisi üçün muxtar ərazi yaradılmalı idi. Muxtariyyətin yaradılması planlaşdırılan ərazi Tselinograd şəhərindən 140 km məsafədə yerləşməkdədir.
Muxtariyyət üçün almanlara ayrılmış ərazi kənd təsərrüfatı baxımından əlverişsiz hesab olunurdu. Sovet hökuməti, muxtariyyəti 41.8 milyon hektar şumlanmamış ərazinin üzərində yaratmağı planlaşdırırdı. Həmin dövrdə ölkənin rəhbəri olan Nikita Xruşşovun bir digər məqsədi etnik almanların məhsuldarlığından istifadə edərək Şimali Qazaxıstanın kənd təsərrüfatı sahəsini inkişaf etdirmək idi.
Şimali Qazaxıstanda etnik almanlar üçün muxtariyyətin yaradılması fikiri Qazaxıstanda etirazla qarşılandı. Təşkil edilmiş etiraz mitinqləri ölkə rəhbərliyi tərəfindən hər vəchlə gizlədilirdi. Qazaxıstan Sovet Sosialist Respublikasının rəhbərliyi yaradılması planlaşdırılan muxtariyyətə qarşı çıxdılar və bu planının Qazaxıstanın imperiya daxilindəki nüfuzuna ciddi təsir edəcəyini ifadə etdilər. Qazaxıstan SSR rəhbərliyinin plana qarşı çıxması imperiya daxilində yaşayan almanlarda ən yaxşı yolun Volqaboyu ərazilərində bir alman muxtariyyəti yaradılması fikirinə geri qaytardı.[2]
Almanlar daha çox assimilyasiyaya məruz qalmamaq və öz dillərini qorumağın yeganə yolunu siyasi bir muxtariyyətin yaradılmasında görürdülər. 1989-cu ilin siyahıyaalma rəqəmlərinə əsasən Qazaxıstan SSR-nin əhalisinin 5.8% (957,518) alman əsilli şəxslərdən ibarət idi.[3] SSRİ-nin dağılmasından sonra Almaniyada müxtəlif vaxtlarda ölkədən çıxarılmağa məcbur edilmiş alman əsilli şəxslərin yenidən ölkəyə qayıda bilmələri üçün yeni geri dönüş qanunu qüvvəyə mindi. Qanun layihəsi Volqaboyu ərazilərində yaşamış və sonradan Qazaxıstana sürgün edilmiş Volqa almanlarınında öz tarixi vətənlərinə qayıtmaq imkanı yaradırdı.[4]
Qanun layihəsindən həddindən artıq şəxsin istifadə etmək istəyi səbəbindən prosedur XXI əsrin əvvələrində dayandırıldı. 2009-cu ildə Almaniya rəsmiləri əsas miqrasiya hədəfi kimi qazaxıstan almanlarının təyin edildiyni açıqladı. 1999-cu ilinn məlumatına görə Qazaxıstanda 353 min etnik alman yaşamaqda idi. Son bir necə ildə kiçik qruplar şəklində Qazaxıstan almanlarından bir necə yüz nəfər Almaniyaya geri qayıtmışdır. 1989-cu ildə yaradılmış Yenidən Doğulma mədəni təşkilatı qazaxıstan almanlarının mədəni və ictimai məsələləri ilə məşğul olmaqdadır.
Bu gün qazaxıstan almanlarının əksəriyyəti gündəlik həyatda rus dilində danışırlar. Volqaboyundan gələn tarixi ənənəyə görə etnik almanların əksəriyyəti protestantlıq inancına sahibdir. Sovet təsərindən yaranmış ateizm və sonradan formalaşmış katolizm inanclarıda almanlar arasında yayılmışdır. Bu gün, Qazaxıstanda ən çox alman əhalisi şimal bölgələrdə yerləşən şəhərlərdə mövcuddur. Pavlodar vilayətinə daxil olan Uspen dairəsində əhalinin 11.19% , Qostanay vilayətinə daxil olan Taran dairəsində isə əhalinin 10.14% etnik almanlardan ibarətdir.[5]
Qazaxıstanın tarixi alman əhlisi | ||
---|---|---|
İl | Əh. | ±% |
1897 | 2.613 | — |
1926 | 51.094 | +1855.4% |
1939 | 92.571 | +81.2% |
1959 | 659.751 | +612.7% |
1970 | 839.649 | +27.3% |
1979 | 900.207 | +7.2% |
1989 | 957.518 | +6.4% |
1999 | 353.441 | −63.1% |
2009 | 178.409 | −49.5% |
2015 | 181.958 | +2.0% |
Mənbə: [6][7][8] |
[9] | Əhali[10] | Doğum[11] | Ölüm[11] | Natural dəyişiklik | Doğuş nisbəti (hər min nəfərə) | Ölüm nisbəti (hər min nəfərə) | Natural dəyişiklik (hər min nəfərə) | Yekun miqrasiya[12] |
---|---|---|---|---|---|---|---|---|
2010 | 179,398 | 4 573 | 2 469 | 2 104 | 25.5 | 13.8 | 11.7 | -1,111 |
2011 | 180,376 | 4 405 | 2 481 | 1 924 | 24.4 | 13.8 | 10.6 | -1,465 |
2012 | 180,832 | 4 380 | 2 405 | 1 975 | 24.2 | 13.3 | 10.9 | -1,484 |
2013 | 181,348 | 4 319 | 2 213 | 2 106 | 23.8 | 12.2 | 11.6 | -1,468 |
2014 | 181,928 | 4 241 | 2 110 | 2 131 | 23.3 | 11.6 | 11.7 | -2,101 |
2015 | 181,958 |