Müasir qazax mətbəxində daha çox ətdən istifadə olunur. Süd məhsullarına da tez-tez müraciət olunur. Cənubi Asiyalılar çubuqlardan istifadə etsələr də, Orta Asiyalılar xörəyi barmaqlarla yeməyi xoşlayırlar. Ona görə də təsadüfi deyil ki, qazaxların təmtəraqla bişirdiyi xörəklərdən biri beşbarmaq adlanır. Onu adətən mal, qoyun və at ətindən hazırlayırlar. Qazaxlıların mətbəxindən danışarkən baursak, mantı, samsa, çak-çak, laqman, kazı, sorpa, karta və plovun da adını çəkmək lazımdır.