Qazax Tarix-Diyarşünaslıq Muzeyi — Qazax rayonunda fəaliyyət göstərən muzey.
Qazax Tarix-Diyarşünaslıq Muzeyi | |
---|---|
Əsası qoyulub | 1984 |
Mövzu | Azərbaycan tarixi |
Yerləşir | Qazax, Heydər Əliyev 66 |
Kolleksiyası | 2450 eksponat |
Telefon | (+994 22) 295-10-83 |
İş rejimi | (II – VII) 10:00 – 18:00 |
1984-cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Qazax Tarix-Diyarşünaslıq Muzeyi yaradılması haqqında sərəncam verilmişdir və 1986-cı ilin mart ayında, Novruz bayramı ərəfəsində Tarix-Diyarşünaslıq Muzeyinin açılışı olmuşdur.[1]
Muzeydə olan eksponatlar antik dövrdən tutmuş son dövrədək böyük bir tarixi dövrü əhatə edir. Milli-mənəvi dəyərlərimizi əks etdirən eksponatlar muzeyə gələn ziyarətçiləri heyran edir, rayonun tarixi haqqında geniş məlumat verir. [2]Binanın ümumi sahəsi 579 kv.m-dir.[3]
Ekspozisiya sərgi salonunun sahəsi — 409 kv.m-dir. Fondun sahəsi 12 kv.m-dir. Eksponatların sayı 2450-dir. Burada Qazaxın qədimdən bu günədək keçdiyi inkişaf yolu, təbiəti, mədəniyyəti, adət-ənənəsi, məişəti, tanınmış insanları haqqında eksponatlar toplanıb. Muzeydə 2832 eksponat qorunub saxlanılır. Muzeyin ümumi sahəsi 1728-kv m-dir.[4]