Məmmədəli İbrahimov - Məşhur pəhləvan, Yunan-Roma güləşi üzrə SSRİ çempionu, xeyriyyəçi, əməkdar incəsənət xadimi.
Məmmədəli İbrahimov | |
---|---|
qaz. Məmmədəli İbrahimov | |
Doğum tarixi | |
Doğum yeri | Qazax rayonu, Azərbaycan, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Qazax rayonu |
Məmmədəli İbrahimov 1914-cü ildə Qazaxda anadan olmuşdur. 1930-cu ilde Bakı təyyarəçilik məktəbini bitirmişdir. 1933-cü ildə Ali Hərbi Akademiyaya daxil olmuşdur. Oranı bitirdikdən sonra qırıcı təyyarəçi ixtisasına yiyələnmişdir. Qazaxın müxtəlif kənd məktəblərində rus dili və ədəbiyyatı müəllimi işləmişdir.
1946-cı ildə Yunan-Roma güləşi üzrə SSRİ çempionu olmuşdur. 1949-cu ildən Gürcüstan dövlət filarmoniyasında pəhləvan kimi fəaliyyətə başlamışdır. Ömrünün sonuna qədər orada çalışmışdır. Əldə etdiyi qonorarlardan həmvətənlərimizə xeyriyyəçiliklə məşğul olmuşdur.[1]
Əməkdar incəsənət xadimidir.
1977-ci ildə vəfat etmişdir. Qazax rayon güləş idman məktəbi Pəhləvan Məmmədəli Qazaxlının adını daşıyır.[1]