Qenpey müharibəsi (源平合戦, Qenpey kassen?) və ya Tayra–Minamoto müharibəsi – 1180-1185-ci illərdə Yaponiyanın Tayra və Minamoto klanları arasında davam etmiş həlledici müharibə.[1] Bu klanlar Heyan dövrünün ən böyük rəqibləri idi.[1]
Qenpey müharibəsi | ||||
---|---|---|---|---|
Tayra–Minamoto münaqişəsi | ||||
Tarix | 1180-1185 | |||
Yeri | ||||
Nəticəsi | Minamotonun qələbəsi; Kamakura şoqunluğunun qurulması | |||
Münaqişə tərəfləri | ||||
|
||||
Komandan(lar) | ||||
|
||||
Vikianbarda əlaqəli mediafayllar |
Müharibə Minamoto klanının qələbəsi ilə başa çatmış və nəticədə, Yaponiyada XIX əsrə qədər davam edəcək bakufu sisteminin əsası qoyulmuşdur.[1] Müharibənin başa çatdığı il Yaponiyada Heyan dövrünün sonu hesab olunur.[1]
Tayra və Minamoto klanları IX əsrdə taxta iddia sürməkdən məhrum edilən imperatorluq ailəsinin davamçıları idi.[1] İmperatorluq ailəsinin gücü Yaponiyanın qərbində cəmləşdiyi halda, Tayra və Minamoto klanları Yaponiyanın şərqində güc əldə etmişdilər.[1] Onlar əvvəlcə əyalət rəsmiləri kimi burada məskunlaşsalar da, daha sonra hərbi liderlərə çevrilmişdirlər.[1]
İki klan arasında mübarizə XII əsrdə kəskinləşmişdir.[1] Döyüşçü Tayra no Kiyomori 1156-cı ildə baş vermiş Hoqen müharibəsi zamanı Minamoto klanının əsas qolu olan Seva Qenci ailəsinə mənsub bir çox lideri öldürmüşdür.[1] Bunun qarşılığında Minamoto no Yoşitomo 1159-cı ildə Kiyomoriyə qarşı Heyci müharibəsini başlatmışdır.[1] Yoşimitsu öldürülmüş, lakin Kiyomori oğullarının yaşamasına icazə verərək onları sürgün etmişdir.[1]
İmperatorluq ailəsi Tayra klanını devirmək hərəkətə keçsə də, Şahzadə Moçihito və Minamoto no Yorimasanın başçılıq etdiyi üsyan Kiyomori tərəfindən yatırılmışdır.[1] Dövrün vacib buddist məbədlərindən olan Todayci məbədi üsyanı dəstəklədiyi üçün Tayra klanı tərəfindən yandırılmışdır.[1] Yoşitomonun oğlu Minamoto no Yoritomo Tayraya qarşı döyüşmək üçün Yaponiyanın şərqində qoşun yığmağa başlamışdır.[1] Kamakurada hərbi qərargah qurmuş və 200 min döyüşçü toplamışdır.[1] Yoritomo 1180-ci ildə Fuciqava döyüşündə qalib gəlmiş və 3 il boyunca Yaponiyanın şərqində hakimiyyətini möhkəmləndirməyə davam etmişdir.[1]
Yoritomo vassallar sisteminin (qokenin) yaradaraq Yaponiyada feodalizmin bünövrəsini qoymuşdur.[1] 1183-cü ildə qohumu Minamoto no Yoşinaka Kiotonu özbaşına ələ keçirmək istəsə də, Yoritomo ona güvənməmiş və 1184-cü ildə göndərdiyi qoşunla Kiotoda onu məğlub etmişdir.[1] 1184-cü ildə Yoritomonun qardaşı Minamoto no Yoşitsune Minamoto qüvvələrinə başçılıq edərək Şikoku adasında yerləşən Yaşimaya gəlmiş, növbəti il Yaşimada Tayra klanını məğlub etmişdir.[1] Daha sonra qərbə doğru irəliləyən Minamoto ordusu Şimonoseki boğazında Tayra ordusu ilə qarşılaşmışdır.[1] Klanlar arasındakı həlledici döyüş olan Dan-no-ura döyüşündə Minamoto donanması Tayra donanmasını məğlub etmiş və 25 aprel 1885-ci ildə müharibə Minamotonun qələbəsi ilə başa çatmışdır.[1]
Minamoto klanı Tayra klanının bir çox liderini öldürmüş və İmperator Antokunu suda boğdurmuşdur.[1] Yoritomo bütün Yaponiyada hakimiyyətini bərqərar edərək 1192-ci ildə Kamakura şoqunluğunun əsasını qoymuşdur.[1]