Qeyb xan Ustaclı — Səfəvi imperiyasında fəaliyyət göstərmiş Qızılbaş hərbi dövlət xadimlərindən və sərkərdələrindən biri. Ustaclı tayfasına mənsub olmuşdur.
Qeyb xan Ustaclı | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | XVI əsr |
Doğum yeri | Səfəvi imperiyası |
Vəfat tarixi | XVI əsr |
Vəfat yeri | Səfəvi imperiyası |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Səfəvi imperiyasının ordusu |
Qoşun növü | Süvari |
Rütbəsi | Xan |
Vəzifəsi | Kürdüstan və Luristan hakimi |
Qeyb xan Ustaclının fəaliyyəti barədə o qədər də məlumat yoxdur. Onun haqqında bəlli olan məlumatlar onun Səfəvi imperiyasının iki vilayətində hakimlik etməsi ilə bağlıdır. Beləki o, Səfəvi imperiyasının indiki İran ərazisinin qərbində yerləşən iki vilayətdə - Kürdüstan[1] və Luristan vilayətlərində[2] hakimlik etmişdir. Bu iki bölgədə əsasən Səfəvi şahlarına tabe olan yerli sülaləyə mənsub olan şəxslər hakimlik etdiyinə görə, Qeyb xan Ustaclının hakimliyi diqqət çəkən məqamdır.[3] O, 1568-ci ildə Luristan vilayəti ilə birlikdə, Kürdüstan vilayətinin də hakimi təyin edilmişdir. Bir digər diqqət çəkən məqam isə Qeyb xan Ustaclının eyni zaman hər iki vilayətin hakimi təyin edilməsidir. Hər iki vilayətdə də onun hakimliyindən sonra yerli sülalədən olan şəxslər hakim təyin edilmişdirlər.[4]
Qeyb xan Ustaclı Səfəvi imperiyasını formalaşdıran və Qızılbaş tayfalarından olan Ustaclı tayfasına mənsub olmuşdur.