Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. (iyul 2024) |
Qeylani Pənahov (tam adı: Pənahov Qeylani Minhac oğlu; 25 avqust 1954, Qusar) — AMEA-nın müxbir üzvü (2014) [1], texnika elmlər doktoru, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Maye və qaz mexanikası şöbəsinin müdiri [2]
Pənahov Qeylani | |
---|---|
Pənahov Qeylani Minhac oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Əniq, Qusar rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
İş yerləri | AMEA Riyaziyyat və Mexanika İnstitutu |
Pənahov Qeylani Minhac oğlu 1954-cü ilin 25 avqustunda Azərbaycan SSR Qusar rayonu Ənix kəndində anadan olmuşdur.1971-ci ildə Ənix kənd orta məktəbini bitirib, həmin il Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - ADNSU) daxil olub,1976-cı ildə həmin institutun Neft və Mədən fakultəsinin dağ mühəndisi ixtisasını almışdır.
İnstitutu qurtardıqdan sonra 1976-cı ildə Dağıstan Geoloji Ekspedisiyasında, 1977-1979-cu illərdə Ukraynanın Krivoy Roq şəhərində müxtəlif şaxtalarda usta vəzifəsində və Təhlükəsizlik Texnikası İnstitunda böyük mühəndis vəzifəsində işləmişdir.
1979-cu ildən 1988-ci ilə kimi Azərbaycan Neft və Kimya İnstitutunda (indiki ADNSU) kiçik elmi işçidən başlayaraq baş elmi işçiyə kimi müxtəlif vəzifələrdə çalışıb. 1984-1986-cı illərdə həmən İnstitutun aspiranturasında oxumuş və 1986-cı ildə texnika elmləri namizədi alimlik dərəcəsini almaq üçün dissertasiya müdafiə etmişdir.
1988-ci ildən konkurs üzrə Azərbaycan Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutu “Neft və qazın qeyri xətti mexanikası” şöbəsinə böyük elmi işçi vəzifəsinə seçilmişdir. 1996-cı ildə texnika elmləri doktoru alimlik dərəcəsini almaq üçün dissertasiya müdafiə etmişdir.
1999-2002 ci illərdə "Maye və qaz axınlarında fiziki mexaniki proseslər laboratoriyasının" müdiri vəzifəsində işləmişdir.
2002-ci ildən "Maye və qaz mexanikası" şöbəsinin müdiridir.
İnstitutda işlədiyi müddət ərzində Pənahov Q.M. bir çox elmi qrant layihələrinə rəhbərlik edərək başa çatdırmışdır.
Pənahov Q.M. 180 elmi məqalənin müəllifidir ki, bunların 55-i Rusiya Federasiyasının və Azərbaycan Respublikasının patentini almışdır.
1999-2001-ci illər ərzində Azərbaycan Ali Attestasiya Komitəsində Riyaziyyat və Mexanika üzrə ekspert şurasının, 1998-ci ildən indiyə kimi Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şurasının və Azərbaycan Dövlət Neft Akademiyasında namizədlik və doktorluq müdafiəsi üzrə İxtisaslaşdırılmış Elmi Şurasının üzvüdür.
Pənahov Q.M.TRANSACTIONS ISSUE MECHANICS Series of physical-technical & mathematics science Azerbaijan National Academy of Science jurnalının baş redaktoru [3] Arxivləşdirilib 2018-09-14 at the Wayback Machine, Azərbaycan Neft Təsərrüfatı və Нефтегазовое дело jurnalının redaksiya heyətinin üzvüdür.
20 iyul 1999-cu ildən Rusiya Federasiyasında İxtiralar üzrə Akademiyasının və 2003-cü ilin martından Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi xarici üzvü seçilmişdir.
1991,2007-2009 cu illərdə ABŞ-da, 1993-cü ildə Türkiyədə, 2002-2013 cü illərdə Çin Xalq Respublikasında elmi məzuniyyətlərdə olub. 180-dən artıq elmi məqaləsi dərc olunub.
Bakı və Moskva, Ufa, Tyümen, Ankara, Xyüston və s. şəhərlərdə keçirilən elmi konfrans və seminarlarda çıxışlar etmişdir.
Tədqiqat işlərində Pənahov Q.M. müxtəlif məhlulların süzülməsi prosesində hidrodinamik məsələlərdə elektrokinetik effektlərin nəzərə alınmasının vacibliyini göstərmiş, dispers sistemləri axınlarında qapanma mexanizmini vermiş, neftqazçıxarmada prosesləri tənzimləmək üçün, reokimyəvi əmələgəlmələrin müəyyən termobarik şəraitdə rolunu açıqlamışdır. O, həmçinin tədqiqatlar nəticəsində bir sıra tənzimlənə bilən özlü-elastik tərkiblər üçün təkliflər vermişdir ki, bunların əsasında müvəffəqiyyətlə tətbiq olunan sənaye texnologiyaları yaratmışdır. Bu texnologiyalar hal-hazırda Azərbaycan, Rusiya Federasıyası, ABŞ, Çin Xalq Respublikası və Vyetnamda öz tətbiqini tapmışdır. Məsaməli mühitlərdə sıxışdırma prosesində yaranan qeyri müntəzəmlilik, mayelərdə özlülüklərdə və xüsusi çəkilərdə fərqlər və bunun nəticəsində yaranan fraktal strukturlar tədqiq olunmuş və bunların da laylarda neftveriminin artırılmasında problemlərin yaratdığı göstərilmişdir. Onları tənzimləmək üçün yeni effektiv sənaye texnologiyaları təklif olunmuşdur. Mayelərin sərhəddində yaranan fluktuasiyanın tənzimlənməsinin lokal təzyiq vasitəsi ilə mümkünlüyü göstərmiş və bunun üçün yeni texnoloji metod açıqlamışdır. Neft yataqlarında sıxışdırmada istifadə olunan qeyri tarazlıq və ya eynifazalı halı tənzimləyən fazadəyişməsinə nail olunmuş və ünvanlı təsir üsulu hazırlamışdır. Bunlardan əlavə o, ekoloji məsələlər üçün yeni texnologiyalar yaradaraq onlar üçün nəzəri və praktiki əsaslandırmalar vermişdir.
Pənahov Q.M. 1996-2002-ci illər ərzində Azərbaycan Neft Akademiyasında «Neftin-qazın nəqli və saxlanması» və «Neft yataqların işlənməsi və istismarı» kafedralarında professor vəzifəsində, bir sıra fənlərdən mühazirələr oxumuşdur.