Qişek, yaxud Qıçak (rus. Гайчак, qaz. Гижақ, гыджак) — qədim simli musiqi aləti [1]..
Qişek | |
---|---|
| |
Vikianbarda əlaqəli mediafayllar |
Qişek İranın güneyində, Əfqanıstan, Türkmənistan, Özbəkistan, Tacikistan, Qazaxıstan, uyğur musiqisində yayılmışdır. Əfqanıstanda "sarında", Hindistanda isə "saragi" kimi tanınır.
İran qişeyi quruluşca skripkanı xatırladır.[2]
Əfrasiyab Bədəlbəyli qişeyi "çanağı girdə, üzərinə adətən ipəkdən eşilmiş iki sim qoşulmuş qədim simli musiqi aləti" kimi təsvir edib [3].
Orta Asiya qişeyi quruluşca kamançaya bənzəyir[4]. Piyaləşəkilli rezonatora malik olub, dəri membranla örtülmüşdür və taxtadan dairəvi boynu vardır. Kaman – kamonça isə qövsşəklində əyilmiş çubuğa bağlanmış bir dəstə at tükündən ibarətdir. Alətin 3 və ya 4 simi olur. Daha qədim nümunələr iki simli olmuşdur. Simlər kvartalarla köklənir. Hal-hazırda gicak kvarta – kvinta köklü 4 simli alət olub, geniş diapazona – üç oktavaya yaxın diapazona malikdir.[5]