Qibti kafedralına terror hücumu (Qahirə, 2016)

Qibti kafedralına terror hücumu (ing. Cairo Cathedral bombing; ərəb. فجير كاتدرائية القديس مرقس القبطية‎) — Misirin paytaxtı Qahirə şəhərinin Abbasiyyə rayonu ərazisindəki Müqəddəs Mark qibti ortodoks kafedralı yaxınlığında baş vermiş terror hücumu.[1][2][3] Hadisə nəticəsində 25 nəfər həlak olub, 50 dən çox şəxs müxtəlif dərəcəli bədən xasarətləri alıb.

Qibti kafedralına terror hücumu
Kafedralın ümumi görünüşü.
Kafedralın ümumi görünüşü.
Hücum yeri Qahirə, Misir
Vaxt 11 dekabr, 2016
10:00 (UTC+2)
Həlak olanlar 25
Yaralılar 50
Şübhəlilər İŞİD

Terror hücumunun əsas hədəfi kimi Misirdə yaşayan xristian qibtilərin olduğu ehtimal edilir. Partlayış kilsənin adətən qadınlar ibadət edən sağ qanadında baş verdiyi təsdiqlənib. Hadisə 1968-ci ildən bəri fəaliyyət göstərən Müqəddəs Mark qibti ortodoks kafedralı qarşı törədilmiş ilk terror hücumudur.[4] Müqəddəs Mark qibti ortodoks kafedralı Misirdə yaşayan on beş milyona yaxın qibtilərin əsas ibadət mərkəzi hesab olunur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Blast near Cairo Coptic cathedral kills at least 22". 11 December 2016. 26 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 December 2016 – www.bbc.com vasitəsilə.
  2. "Blast hits near Christian cathedral in Cairo, 20 killed, 35 wounded – Egyptian state TV". Russia Today. 2016-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-11.
  3. "Blast inside Cairo's Coptic cathedral kills at least 20, injures 35". 11 December 2016. 16 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 December 2016 – Reuters vasitəsilə.
  4. Shams el-Din, Moataz. "25 قتيلاً و31 مصاباً في تفجير بكاتدرائية أقباط مصر ودعوات للتبرع بالدم". Huffington Post (Arabic). 11 December 2016. 12 December 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 December 2016. (#apostrophe_markup)