Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Yuan sülaləsi (1271-1368-ci) il - Çində hökmranlıq etmiş Monqol sülaləsi.
Tarixi dövlət | |||
Yuan imperiyası | |||
---|---|---|---|
monq. Их Юань Улс çin. 元朝 | |||
|
|||
|
|||
Paytaxt | Xanbalıq (Pekin) | ||
Dilləri | Çin dili, Monqol dili | ||
Rəsmi dilləri |
Çin dili Monqol dili Türk dili |
||
Dövlət dini | Buddizm, Taoizm, Xristianlıq, İslam, Tenqriçilik, Şamanizm, Konfutsiçilik | ||
Valyuta | Çao | ||
Ərazisi | 14.000.000 km2 | ||
Əhalisi | 87.147.000 (1350) | ||
İdarəetmə forması | Monarxiya | ||
Sülalə | Yuan Çingizliləri | ||
İmperator (Van) | |||
• 1260-1294 | Xubilay xan | ||
Vikianbarda əlaqəli mediafayllar |
Monqollar bütün Çini idarə edən ilk şimal xalqı olmuşlar. Uzaq qərbə qədər uzanan imperiya yaradan monqollar 1210-cu ildə çjurçjenlərin Tszin dövlətini fəth etdilər. 1215-ci ildə Çingiz xan Pekini ələ keçirdi. 1227-ci ildə monqollar Qərbi Syaya uğurlu zəfər yürüşü etdilər. Bu yürüşdən qayıdan zaman Çingizxan ölür. 1229-cu ildə monqolların böyük xanı Çingizxanın üçüncü oğlu Uqedey olur. İmperiyanın paytaxtı Qaraqorum olur.
Uqedey öz hakimiyyətinə Çinin çjurçjenlərin əlində olan şimal vilayətlərinə yürüşlərlə başladı. Bu müharibədə Sonrakı Sun sülaləsi monqollarla ittifaq bağlayaraq ümid etdi ki, onların köməyi ilə çjurçjenlərin zəbt etdiyi torpaqlarını geri qaytara biləcək. Lakin bu ümidlər doğrulmadı. Monqollar 1235-ci ildə çjurçjenləri darmadağın edib Çinin cənubuna istilaçı yürüşlərə başladılar və bu da 1280-ci ildə müvəffəqiyyətlə nəticələndi.
Bu dövrdə hakimiyyətdə olan Çingizxanın nəvəsi Qubilay qaan monqolların paytaxtını Qaraqorumdan Daduya (indiki Pekin) köçürdü. O, özünü Çin imperatoru elan etdi və və bununla da "Əzəli" mənasını verən Yuan sülaləsinin əsasını qoydu. Bu ad monqolların dünyəvi hakimiyyətinin uzun bir erasının başlanğıcını göstərmək məqsədilə seçilmişdir.
Monqolların Çində hakimiyyəti yüz ildən az çəkdi. Monqolların ilkin planı Çin ərazisini böyük bir otlağa çevirmək idi. Lakin Xubilayın monqol olmayan müşavirləri onu ölkəni idarə etməkdə Çin metodlarından istifadənin səmərəlliliyinə inandırdılar. Monqollar inzibati idarəetmə aparatını öz əllərinə götürərək aşağı vəzifələri əcnəbilərə etibar edir, Çin aristokratiyasını isə hakimiyyətə buraxmırdılar. Ölkənin yerli əhalisi üçün hər cür qadağalar qoyulmuşdu. Onlara gecələr çölə çıxmaq və hər hansı bir yığıncaq keçirmək qadağan idi. Kəndli və sənətkarlara ağır vergilər qoyulmuşdu. Çin tacirləri böyük rüsumlar verməyə məcbur idilər. Hakimiyyətlərini möhkəmləndirdikdən sonra monqollar bəzi güzəştlərə yol verirlər.
1315-ci ildə dövlət qulluğuna qəbul üçün imtahan sistemi tətbiq olunmağa başladı, burada da Çinli olmayanlar üçün çoxlu güzəştlər nəzərdə tutulmuşdu. Ənənəvi Çin elmləri arasında təbabətə üstünlük verilirdi ki, bundan da monqollar öz döyüşçülərinin sağlamlığını qorumaq üşün istifadə etmək istəyirdilər. Yuan dövründə avropalılar səyyah və tacirlərdən Çin haqqında məlumatlar almağa başladılar. Çin haqqında ən maraq doğuran məlumatlar Venesiyalı tacir Marko Poloya aiddir. Çinə 1275-1292-ci illərdə səyahətindən sonra Marko Polo evinə qayıdır və Çin adlandırdığı yüksək sivilizasiyalı ölkə haqqında kitab yazır. 1294-cü ildə Xubilayın ölümündən sonra gələn zəif və səriştəsiz hökmdarlar sırası monqolların mənfur hakimiyyətini daha da dözülməz etmişdi. XV əsrin ortalarında Çində bir çox gizli cəmiyyətlər meydana gəlir. Onlardan ən fəalı ölkənin şimalında yaranan və özünü budda Maytreyinin təcəssümü elan edən Xan Linerin rəhbərlik etdiyi "Ağ lotos" təşkilatı idi.
1356-cı ildə Xan Linberin davamçısı, Budda monaxı Çju Yuançanın başçılıq etdiyi kəndli ordusu Nankini tutur. On il ərzində Çju Yuançan Çinin mərkəzi vilayətlərini özünə tabe edir və Yantszı çayına gəlib çatır. 1368-ci ildə o, özünü yeni Min sülaləsinin ("Aydınlıq") imperatoru elan edərək tay-tszu titulunu götürür və Yantszı çayının aşağı axarı Nankini özünün paytaxtı təyin edir. Az sonra elə həmin il o, Yuanın paytaxtı Pekini tutur. Çinin qalan ərazilərini monqollardan təmizləmək üçün ona daha 20 il lazım olur.
Portret | Məbəd adı | Ölümdən sonrakı adı | Xan adı | İlk adı | Hakimiyyət dövrü | Era adı |
---|---|---|---|---|---|---|
Şiçu (世祖 Shìzǔ) | Emperor Şenqde Şenqonq Venvu (聖德神功文武皇帝) | Xubilay xan | Borucigin Xubilay (孛兒只斤忽必烈 Bóérzhījīn Hūbìliè) | 1260–1294 | Çonqtonq (中統 Zhōngtǒng) 1260–1264
Çiyuan (至元 Zhìyuán) 1264–1294 | |
Çenqzonq (成宗 Chéngzōng) | not used | Temür xan | Borucigin Temür (孛兒只斤鐵木耳 Bóérzhījīn Tiěmù'ěr) | 1294–1307 | Yuançen (元貞 Yuánzhēn) 1295–1297
Dade (大德 Dàdé) 1297–1307 | |
Vuçonq (武宗 Wǔzōng) | Külüg xan | Borucigin Qayşan (孛兒只斤海山 Bóérzhījīn Hǎishān) | 1307–1311 | Çida (至大 Zhìdà) 1308–1311 | ||
Rençonq (仁宗 Rénzōng) | Buyantu xan | Borucigin Ayurparibhadra (孛兒只斤愛育黎拔力八達 Bóérzhījīn Àiyùlíbálìbādá) | 1311–1320 | Huangking (皇慶 Huángqìng) 1312–1313
Yanyu (延祐 Yányòu) 1314–1320 | ||
Yinqçonq (英宗 Yīngzōng) | Şidebala Gegeen xan | Borucigin Şidebala (孛兒只斤碩德八剌 Bóérzhījīn Shuòdébālá) | 1320–1323 | Çiçi (至治 Zhìzhì) 1321–1323 | ||
Cinzonq (晉宗 Jìnzōng) | Taidinq Di (泰定帝 Tàidìng Dì) (2) | Yesün Temür xan | Borucigin Yesün-Temür (孛兒只斤也孫鐵木兒 Bóérzhījīn Yěsūntiěmùér) | 1323–1328 | Taidinq (泰定 Tàidìng) 1321–1328
Çihe (致和 Zhìhé) 1328 | |
Tyanşundi (天順帝 Tiānshùn Dì) (2) | Aracabiq xan | Borucigin Arigaba (孛兒只斤阿速吉八 Bóérzhījīn Āsùjíbā) | 1328 | Tianşun (天順 Tiānshùn) 1328 | ||
Vençonq (文宗 Wénzōng) | Toğ Temür xan | Borucigin Toq-Temür (孛兒只斤圖鐵木兒 Bóérzhījīn Tútiěmùér) | 1328–1329 and 1329–1332 | Tianli (天曆 Tiānlì) 1328–1330
Çişun (至順 Zhìshùn) 1330–1332 | ||
Minqçonq (明宗 Míngzōng) | Xutuqtu xan | Borucigin Xoşila (孛兒只斤和世剌 Bóérzhījīn Héshìlà) | 1329 | |||
Ninqçonq (寧宗 Níngzōng) | Rinçinbal xan | Borucigin Irinchibal (孛兒只斤懿璘質班 Bóérzhījīn Yìlínzhìbān) | 1332 | Çişun (至順 Zhìshùn) 1332 | ||
Hiçonq (惠宗 Huìzōng) | Şundi (順帝 Shùndì) | Toqhon Teymur | Borucigin Toghan-Temür (孛兒只斤妥懽鐵木兒 Bóérzhījīn Tuǒhuān Tiěmùér) | 1333–1370 | Çişun (至順 Zhìshùn) 1333
Yuantonq (元統 Yuántǒng) 1333–1335 Çiyuan (至元 Zhìyuán) 1335–1340 Çijeng (至正 Zhìzhèng) 1341–1368 Çiyuan (至元 Zhìyuán) 1368–1370 | |
Çingiz | |||||||||||||||||||||||||||||||||||||||||
Tuluy xan | |||||||||||||||||||||||||||||||||||||||||
Xubilay xan 5.(1274-1294) | |||||||||||||||||||||||||||||||||||||||||
Dolj | Çinkim | Mangala | Nomugan | ||||||||||||||||||||||||||||||||||||||
Kamala | Darmabala | Temür 6.(1294-1307) | Ananda | ||||||||||||||||||||||||||||||||||||||
Yesün Temür 10.(1323-1328) | Kayşan 7.(1307-1311) | Ayurbarwada 8.(1311-1320) | |||||||||||||||||||||||||||||||||||||||
Arigiba (1328) | Koşila 11.(1329) | Tok Temür 12.(1329-1332) | Şidebala 9.(1320-1323) | ||||||||||||||||||||||||||||||||||||||
Togon Teymur 14.(1338-1370) | Irinjibar 13.(1332) | El Tögüs | |||||||||||||||||||||||||||||||||||||||
Ayurşiridara 15.(1370-1378) | Tögüs Temür 16.(1378-1388) | ||||||||||||||||||||||||||||||||||||||||
Monarx, sülalə və ya onların nümayəndələri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |