Qisas və qanun (film, 1975)

Qisas və qanun (digər adı: Qığılcım) (hind शोले ; ing. Sholay) — rejissor Rameş Sippinin 1975-ci ildə çəkdiyi film[1].

Qisas və qanun
hind शोले
ing. Sholay
Janr döyüş
macəra
musiqili
dram
komediya
Rejissor Rameş Sippi
Prodüser C.P. Sippi
Ssenari müəllifi Səlim Cavid
Baş rollarda Dharmendra
Hema Malini
Sanciv Kumar
Amitabh Baççan
Caya Bhaduri
Amcad Xan
İlk baxış tarixi 15 avqust 1975
Filmin digər adı Qığılcım
Müddət 204 dəq.
Büdcə 20 milyon rupi
Ölkələr Hindistan Hindistan
Dil
İl 1975
Rəng rəngli
IMDb ID0073707

Məzmun[redaktə | mənbəni redaktə et]

Bir gün inspektor Thakur Sinqx (Sanciv Kumar) qatarla Viru (Dharmendra) və Cay (Amitabh Baççan) adlı 2 cinayətkarı apararkən Qabbar Sinqxin (Amcad Xan) quldur dəstəsi qatara hücum edir. Bu zaman Viru və Cay Thakura quldurları öldürməkdə kömək edirlər. Quldurların hamısı öldürülür. Lakin, quldurların atdığı güllələrdən biri Thakura dəyir və o yaralanır. Bu zaman Viru və Cay qaçmaq istəyirlər. Cay Viruya təklif edir ki, püşk atsınlar. Və onlar Thakkkuru xəstəxanaya aparırlar. Thakur sağalır. Bir neçə il sonra Thakur Qabbar Sinqxin izinə düşür və onu 20 il müddətinə həbs edir. Bu zaman Qabbar Sinqx Thakura deyir:

" Dünyanın elə bir həbsxanası yoxdur ki, Qabbarı 20 il həbsdə saxlasın. "

Bir neçə aydan sonra Qabbar Sinqx həbsxanadan qaçır və Thakurun bütün ailəsini öldürür. Bunu görən Thakur Qabbar Sinqxin yanına ondan qisas almağa gedir. Lakin o, Qabbarın düşərgəsinə çatdıqda quldurlar onun əlini bağlayır. Və Qabbar Thakurun iki əlini kəsir. İllər keçir, Thakurun yadına Viru və Cay düşür. Və Thakur Viru və Caya pul verib onlara Qabbar Sinqxi tutmağı tapşırır. Uzun mübarizədən sonra Viru və Cay Qabbar Sinqxin bütün dəstəsini məhv edirlər. Lakin, bu mübarizədə Cay həlak olur. Sonda Thakur özü Qabbar Sinqxi öldürür. Və bununla da Qabbardan qisasını almış olur.

Rollarda[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Box Office 1975". BoxOfficeIndia.Com. 4 September 2014 tarixində arxivləşdirilib.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]