Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Qisas və qanun (digər adı: Qığılcım) (hind. शोले ; ing. Sholay) — rejissor Rameş Sippinin 1975-ci ildə çəkdiyi film[1].
Qisas və qanun | |
---|---|
hind. शोले ing. Sholay | |
Janr |
döyüş macəra musiqili dram komediya |
Rejissor | Rameş Sippi |
Prodüser | C.P. Sippi |
Ssenari müəllifi | Səlim Cavid |
Baş rollarda |
Dharmendra Hema Malini Sanciv Kumar Amitabh Baççan Caya Bhaduri Amcad Xan |
İlk baxış tarixi | 15 avqust 1975 |
Filmin digər adı | Qığılcım |
Müddət | 204 dəq. |
Büdcə | 20 milyon rupi |
Ölkə | Hindistan |
Dil | |
İl | 1975 |
Rəng | rəngli |
IMDb | ID0073707 |
Bir gün inspektor Thakur Sinqx (Sanciv Kumar) qatarla Viru (Dharmendra) və Cay (Amitabh Baççan) adlı 2 cinayətkarı apararkən Qabbar Sinqxin (Amcad Xan) quldur dəstəsi qatara hücum edir. Bu zaman Viru və Cay Thakura quldurları öldürməkdə kömək edirlər. Quldurların hamısı öldürülür. Lakin, quldurların atdığı güllələrdən biri Thakura dəyir və o yaralanır. Bu zaman Viru və Cay qaçmaq istəyirlər. Cay Viruya təklif edir ki, püşk atsınlar. Və onlar Thakkkuru xəstəxanaya aparırlar. Thakur sağalır. Bir neçə il sonra Thakur Qabbar Sinqxin izinə düşür və onu 20 il müddətinə həbs edir. Bu zaman Qabbar Sinqx Thakura deyir:
Dünyanın elə bir həbsxanası yoxdur ki, Qabbarı 20 il həbsdə saxlasın. |
Bir neçə aydan sonra Qabbar Sinqx həbsxanadan qaçır və Thakurun bütün ailəsini öldürür. Bunu görən Thakur Qabbar Sinqxin yanına ondan qisas almağa gedir. Lakin o, Qabbarın düşərgəsinə çatdıqda quldurlar onun əlini bağlayır. Və Qabbar Thakurun iki əlini kəsir. İllər keçir, Thakurun yadına Viru və Cay düşür. Və Thakur Viru və Caya pul verib onlara Qabbar Sinqxi tutmağı tapşırır. Uzun mübarizədən sonra Viru və Cay Qabbar Sinqxin bütün dəstəsini məhv edirlər. Lakin, bu mübarizədə Cay həlak olur. Sonda Thakur özü Qabbar Sinqxi öldürür. Və bununla da Qabbardan qisasını almış olur.