Qlaukodot

Qlaukodot – (Co, Fe) AsS — Rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: nadir.

Qlaukodot
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
(Co₀.₅Fe₀.₅)AsS[1]
Strunz təsnifatı II/C.09
Xüsusiyyətləri
Kristalloqrafik sinqoniya rombik[d]
Zolaq rəngi qara
Sıxlıq 6,06 q/sm³
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rəng – bozumtul-ağdan qırmızımtıl-bozadək; Mineralın cizgisinin rəngi – bozumtul-qara; Parıltı – metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 5,92-6,22; S – 5; Kövrəkdir; Ayrılma – {010} üzrə mükəmməl; Sınıqlar – qeyri-hamar; Morfologiya – kristallar: prizmatik; İkiləşmə: {101} üzrə xaç şəkilli ikiləşmələr, {012} üzrə üçləşmələr; Mineral aqreqatları: sıx dənəvər kütlələr, püruzlar.

Mənşəyi və yayılması

[redaktə | mənbəni redaktə et]

Tipik hidrotermal mineraldır. Birlikdə rast gəldiyi minerallar: kobaltin, arsenopirit, pirit, safflorit, kvars, kalsit və b. Mineralın tapıldığı yerlər: Uasko (Çili); Hokansboda (İsveç); Pokrovski (Rusiya) və b. Azərbaycanda Daşkəsən dəmir, Şimali-Daşkəsən dəmir-kobalt, Katsdağ kolçedan-polimetal, Cixix-Saqator və Mazımçay mis-pirrotin filizləri yataqlarında qeyd edilir.

  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]