Qlazqo İncəsənət Məktəbi — Böyük Britaniyanın görkəmli və istedadlı incəsənət xadimlərini yetirən məktəb[1].
"Qlazqo — İncəsənət məktəbi"nin binası 1897–1909-cu illərdə görkəmli şotland modernist rəssam və arxitektor Çarlz Renni Makintoşun layihəsi ilə tikilib. 2010-cu ildə binanı Böyük Britaniyada 175 ilin ən möhtəşəm arxitektura abidəsi adlandırıblar[1].
2014-cü ilin may ayının 24-də yerli vaxtla saat 12:30–da binanın zirzəmisində proyeksiya aparatının partlaması nəticəsində əmələ gələn yanğın zamanı məktəbin tələbələri və müəllimləri dərhal təxliyə olunublar. Yanğın çox güclü olduğundan şəhərin bütün yanğınsöndürənləri mübarizəyə cəlb ediliblər. Onlar yanğınla 4 saata yaxın mübarizə aparıblar[1].
Britaniya Krallıq İnstitutunun memarı Stiven Hodder Şotlandiyada baş verən yanğın hadisəsini ümumidünya faciə adlandırıb. Yanğın xidmətindən verilən xəbərdə buildirilib ki, yanğın söndürənlər hadisə zamanı əmlakın 70 faizini mühafizə edə biliblər. Alov binanın əsas təməlinə keçə bilməyib[1].