Kelvinqrov parkı

Kelvinqrov parkı (ing. Kelvingrove Park) — Qlazqonun qərbi hissəsində, Kelvin çayının üstündə yerləşən, 34 hektar sahəsi olan park. Parkda Kelvinqrov İncəsənət Qalereyası və Muzeyi yerləşir.

Kelvinqrov parkı
ing. Kelvingrove Park
Məlumatlar
Yerləşməsi Qlazqo, Şotlandiya
Koordinatları 55°52′06″ şm. e. 4°17′11″ q. u.
Sahəsi 34 ha
Yaradılıb 1852
Tabeçiliyi Qlazqo şəhər bələdiyyəsi
Statusu ilboyu açıq
Ən yaxın ictimai nəqliyyat Kelvinbric metro stansiyası
Xəritədə yeri
Map
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

Park ingilis bağban Ser Cosef Pakston tərəfindən 1852-ci ildə "Vest End parkı" kimi yaradılmışdır. Qlazqo şəhər bələdiyyəsi əvvəllər Kelvinqrov və Vudlends məhəllələrini təmsil edən torpaqları, o vaxt £99,569 məbləğində satın almışdı.[1] Park şəhərin qərb tərəfinin davamlı genişləndirilməsi, istirahət və şəhər mərkəzinin sürətlə xarabaya dönməsindən qurtarmaq üçün nəzərdə tutulmuşdur.[2]

Böyük Sərgilər[redaktə | mənbəni redaktə et]

Parkda 1888 Beynəlxalq Sərgi, 1901 Beynəlxalq Sərgi və 1911 Şotlandiya Sərgisi keçirilmişdir. Beynəlxalq sərgilər üçün parkda böyük və əzəmətli binalar, o cümlədən hind pavilyonu və rus restoran binası inşa olunmuşdur.[2]

Coğrafi yerləşməsi və xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Qlazqonun Vest Endində yerləşən parkın ölçüsü 34 hektardır.[2] Heyvanlar üçün sığınacaq olan parkdan Kelvin çayı keçir. Parkın sahəsində boz vağ, qarabatdaq, balıqçıl, yaşılbaş ördəkböyük pazdimdik quşları, digər heyvanlardan isə qırmızı tülkü, qəhvəyi siçovul, adi sincabsusamuruna rast gəlmək olar.[3] Parkı qərbini Qilmorhil və Qlazqo Universiteti, cənubunu AnderstonPartik rayonları, şərqini Çarinq Kross və şimalını HilhedVudsayd rayonları əhatə edir. Bu mərkəzi yerləşmə, şəhərin mərkəzindən gedib-gələn insanlar tərəfindən nəqliyyata uğramadan populyar marşrut kimi işlənir.

Kelvinqrov parkı böyük bir təpənin konturu ətrafında oturur. Kelvinbridc metro stansiyası və avtobus marşrutları parka girişi təmin edir.

Abidələri[redaktə | mənbəni redaktə et]

Kelvinin birinci baronu olan Uilyam Tomsonun heykəli.

Parkda orkestr üçün konsert meydanı, boulskroket meydançaları, skeytpark, müxtəlif heykəllər və abidələr var. Lord Provost Robert Styuartın (1851-1854) xatirəsinə tikilmiş Styuart Xatirə Fəvvarəsi parkda ən böyük abidədir.[4] 1872-ci ildə Ceyms Sellars tərəfindən tikilən fəvvarə, qranit, qumdaşı, mərmər və tuncdan inşa olunmuşdur. Fəvvarənin üstündə Trossaxs gölünün görüntü xüsusiyyətləri və Ser Valter Skottun "Gölün qadını" heykəli yerləşir.[5]

Parkda həmdə fizik Lord Kelvin, yazıçı Tomas Karlayl, Fredrik Roberts və kimyaçı Cozef Listerin heykəlləri, KameroniansHaylend Piyada qoşunlarına aid abidələr, Kelvinqrov İncəsənət Qalereyası və Muzeyi yerləşir.

Konsert meydanı[redaktə | mənbəni redaktə et]

2007-ci ildə konsert meydanı.

Park ərazisində yerləşən konsert meydanı 1924-cü ildə Ceyms Miller tərəfindən tərtib olunmuş və tikilmişdir.[6] Amfiteatr ilə teatr tipli dizaynlı olan konsert meydanında 3000 insan üçün oturacaq və 7000 ayaq üstdə insan yerləşirdi.[6] Buna baxmayaraq, bu açıq konsert üçün məşhur yer, 1995-ci il ətrafında baxımsızlıq nəticəsində vandalizmə uğramışdır.[6]

2012-ci ilin aprelində konsert meydanının bərpası Belle and Sebastian, Teenage Fanclub, Franz Ferdinand, Eddi Rider kimi musiqiçilər tərəfindən dəstəklənmiş və Şotlandiya parlamenti parkın təmiri üçün £245,000 məbləğdə pul ayırmışdır.[7]

2014-cü il 7 mayda £2 milyon təmir işlərindən sonra, 2500 nəfərlik konsert meydanı yenidən açılmışdır.[6][8] Həmin ilin avqustında parkda Stiv Earl, The Waterboys, Capercaillie, Squeeze, Teenage Fanclub, Alison Moyetin iştirakı ilə "Magners Summer Nights" festivalı keçirilmişdir.[9]

Populyar mədəniyyətdə[redaktə | mənbəni redaktə et]

1901-ci ildə Avstraliyanın Brisben şəhərinin Kelvin Qrov rayonu parkın şərəfinə adlandırılmışdır.[10] 1992-ci ildə Alisder Qreyin yazdığı "Yazıq adamlar" romanı park və parkın ətrafında yer tutur.[11]

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Measuring Worth - Purchasing Power of British Pound". 2011-09-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-25.
  2. 1 2 3 "Glasgow Museums: History of Kelvingrove Park". 2009-03-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-25.
  3. "The Friends of Kelvingrove Park: Environment". 2021-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-25.
  4. Stewart Memorial Fountain[ölü keçid]
  5. "The Friends of Kelvingrove Park: News". 2021-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-25.
  6. 1 2 3 4 Kelvingrove Bandstand Is Opened![ölü keçid]
  7. "Government award grants to upgrade 16 historic buildings". BBC News. 18 April 2012. 5 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 April 2012.
  8. Nicoll, Vivienne. "Music in the Park: festival announced for Kelvingrove bandstand". www.eveningtimes.co.uk. 5 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 August 2015.
  9. "Kelvingrove Park bandstand to host summer music festival". 2021-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-25.
  10. "Kelvin Grove, Queensland" (PDF). 2015-03-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-08-25.
  11. "Shades of Alasdair Gray". 2022-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-25.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]