Qlazqo mərkəz məscidi

Qlazqo mərkəz məscidi (ing. Glasgow Central Mosque) — Şotlandiyanın Qlazqo şəhərində yerləşən mərkəzi məscid.

Qlazqo mərkəz məscidi
Yerləşməsi
Ölkə Şotlandiya Şotlandiya
Şəhər Qlazqo
Memarlıq
Üslubu İslam memarlığı
Binası 1 günbəz və 1 minarə
Vəziyyəti İşlək
Qlazqo mərkəz məscidi xəritədə
Qlazqo mərkəz məscidi
Qlazqo mərkəz məscidi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məscid 1983-cü ildə inşa edilib. İş adamı Məhəmməd Tufail və şəhərdə yaşayan müsəlman icmasının maliyyə vəsaiti hesabına inşa edilən məscid 3 milyon funt sterlinqə başa gəlib. Qlazqo mərkəz məscidi ənənəvi ərəb memarlığı üslubunda inşa edilib. Xarici quruluşu ilə fərqlənən məscidin bir minarəsi var. Edilən son əlavələrdən sonra bu gün məsciddə eyni anda 2.500 müsəlmanın ibadət etməsi mümkündür. Şəhərdə yaşayan İslam icmasının əsas görüş yeri olan Qlazqo məscidi İslam dini ilə bağlı müxtəlif bayramların keçirilməsi üçündə istifadə edilməkdədir.

Qlazqo mərkəz məscidi Şotlandiya ərazisində yerləşən ən böyük məsciddir.[1] Dini ibadətgah yerləşdiyi ərazinin bütün dini inanclı insanları üçün xidmət edir.

  • Şeyx Həbib Rəhman Rauf
  • Şeyx Əbdul Qafar Əhməd
  • Şeyx Ömər Maliki
  1. Sutton, Matty. "Scotland and Islam". www.heraldscotland.com. İstifadə tarixi: 21 June 2014.