Qlobigerin lili - pelagik kalsium-karbonatlı lil
Qlobigerin lili - açıq okeanın tropik və mülayim zonasında böyük dərinlikdə (2500-5300 m) çökmüş ağ, sarımtıl, bəzən də çəhrayı rəngdə lildir. Əsasən Globigerinidae ailəsinə mənsub plankton foraminifer qabıqları və onların qırıntılarından ibarətdir. Çox vaxt termin «foraminiferli çöküntülər» terminin sinonimi kimi daha geniş mənada işlədilir. Bu isə düzgün deyil, çünki sonuncu çöküntülərin tərkibində başqa foraminifer ailələləri (məs.: Globorotaliidae) üstünlük təşkil edə bilər. Əvvəllər qranulometrik tərkibinə görə qlobigerin lili kimi ayrılan bir çox çöküntülər alevrit və qumlara aiddir
Dünya okeanı dibinin 128 milyon km2–i qlobigerin lili ilə örtülüdür. Bunun 48 milyon km2 -i Hind okeanına, 42 milyon km2 -i isə Sakit okeanına düşür.