Qoçdağ

QoçdağAzərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində dağ. Tərtər çayı və onun qolu Tutqunçayın suayrıcındadır. Hündürlüyü 2540 m. Yerli əhali arasında Qoçdaş dağı, Qoçdağ yaylağı da adlanır. Dağın ətəyində daşdan yonulmuş qoç formalı qəbirüstü abidələr olan Qoçdaşlı adlı qədim qəbristan mövcuddur. Dağ bu abidələrə görə belə adlandırlmişdir.[1]

Qoçdağ
Ümumi məlumatlar
Mütləq hündürlüyü 2540 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Vilayət

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Qoçdağ // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.