Qoşanağara

Qoşanağara, və ya Qoşa dumbul - ən qədim Azərbaycan zərbli musiqi aləti. xalq musiqisində ən çox istifadə edilən zərb çalğı alətlərindən biridir. Adından məlum olduğu kimi, qoşa nağara bir-birinə bərkidilmiş iki kiçik qədəhvarı nağaradan ibarətdir. Bəzən "qoşa dumbul" da deyilir.

Qoşanağara
Azərbaycanın qədim zərb xalq musiqi aləti - qoşanağara
Azərbaycanın qədim zərb xalq musiqi aləti - qoşanağara
Mənşə ölkəsi Azərbaycan Azərbaycan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qoşa nağara başqa xalqlarda

[redaktə | mənbəni redaktə et]

Digər ölkələrdə qoşa nağaraya sadəcə "nağara" deyilir. Yunan dilində nağaraya "tarin",ingilis dilində isə "narima" deyilir.

Güney Azərbaycanın Çığamış şəhərində tapılmış saxsı qaba istinadən qoşa nağaradan Azərbaycanda ən azı 8 min il bundan əvvəl istifadə edilib.

Kos haqqında olan rəvayətlərdə deyilir ki, kos o qədər böyük həcmli musiqi aləti idi ki, onu iki cüt öküzün çəkib apardığı xüsusi arabada yerləşdirir və iki nəfər təbilçinin iri çomaqlarla vuraraq səsləndirilməsi mümkün olurdu. Kosun səsi o qədər güclü idi ki, vuruş meydanında çalındığı zaman düşmən lərzəyə gəlirdi. Hazırda Azərbaycanın bəzi rayonlarında ağac ilə çalınan iri nağaralar da bəzən koos adlandırılır.[1]

Qoşanağara (dumbul, dümbələk də adlanır) eyni hündürlüklü, ancaq müxtəlif ölçülü iki qoz, tut ağaclarından və metaldan hazırlanan gövdədən ibarətdir. Xarici görünüşünə görə fincanı xatırladır. Gövdələrin üst tərəfinə çəkilmiş keçi, öküz, dəvə və ya at dərisi camış gönündən düzəldilən köşə ilə və ya vint mexanizmi ilə dartılır. Çalğı zamanı çubuqları ayrı-ayrılıqda hər iki dəri üzə, bir üzə (mərkəzinə və kənarına), bir-birinə və ya gövdəyə, ovucun üzə vurulması ilə müxtəlif səslər alınır.[2]

Bu alətin hazırlanmasında əvvəllər gildən, sonralar isə ağacdan və metaldan istifadə olunmuşdur. Üzləri dəvə, dana və yaxud keçi dərisindən hazırlanaraq metal burğular ilə gövdəyə bərkidilir. Həmin burğuların vasitəsi ilə alətin köklənməsi də təmin olunur. Alət yerə və yaxud xüsusi mizin üzərinə qoyularaq iki ağac toxmaqla çalınır.

Qoşa nağara fərdi şəkildə hazırlandığı üçün ölçüləri müxtəlifdir. Əksər hallarda hündürlüyü 300–330 mm, böyük gövdəsinin diametri 240–280 mm, kiçiyinin isə 110–140 mm olur.

Milli musiqinin folklor nümunələrində, o cümlədən orkestr və ansambllarda istifadə edilir. Özünə məxsus səs tembri olan qoşa nağara solo aləti kimi nadir hallarda səsləndirilir.[3]

  • Ana kos - qədimdə hərbi yürüşlərdə istifadə edilən böyük ölçülü kos.
  • Bala kos - mütləq kos nağara ilə birlikdə səsləndirilirdi. Kos nağarada vəznin güclü vurğuları, bala kosda "xırdalıqlar" çalınır. Kos nağaranı tək çubuqla, bala kosu isə ifaçı hər əlində bir çubuq tutub dərini döyəcləməklə səsləndirir.
  • At kosu, və ya çift kos - Orta Çağlarda atın belində yerləşdirilən cüt kos. İfaçı atı sürə-sürə çalğını səsləndirirdi. Müxtəlif məqsədlərlə səsləndirilirdi: döyüşdə düşmənin hücumu zamanı, təhlükəli anlarda və ya əksinə düşmən üzərinə hücum edərkən döyüşçüləri ruhlandırmaq, eləcə də düşməni vahiməyə salmaq üçün. Alətin rəsminə orta əsr Təbriz miniatürlərində rast gəlinir.[4]