Qoşunəli Şamoyev

Qoşunəli Şamoyev (15 mart 1928, Daşkənd, Yeni Bəyazid qəzası2016, Gəncə) — Ermənistan SSR Əməkdar müəllimi (1968).[1]

Qoşunəli Şamoyev
Şamoyev Qoşunəli Novruz oğlu
Doğum tarixi
Doğum yeri Daşkənd kəndi, Göyçə
Vəfat tarixi
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan
Atası Novruz
Anası Xırda
Milliyyəti azərbaycanlı
İxtisası Azərbaycan dili və ədəbiyyatı
Təhsili
Fəaliyyəti müəllimlik
Fəaliyyət illəri 1944-1997
Mükafatları "Şərəf nişanı" ordeni "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı
Ermənistan SSR əməkdar müəllimi

Şamoyev Qoşunəli Novruz oğlu 15 mart 1928-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuşdur. 1943-cü ildə Daşkənd kənd orta məktəbini bitirib. 1944–1946-cı illərdə Yuxarı Şorca kənd yeddi illik məktəbində, 1947–1950-ci illərdə isə Daşkənd kənd orta məktəbində müəllim işləmişdir.

1949-cu ildə İrəvan Pedaqoji Institutunun "Azərbaycan dili və ədəbiyyatı" fakültəsinə daxil olub və 1957-ci ildə Azərbaycan Dövlət Pedaqoji Ins-titutunun qiyabi şöbəsini bitirmişdir.

1950–1953-cü illərdə sovet ordusunda hərbi xidmətdə olmuş və 1952-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının sıralarına qəbul edilmişdir.

1953–1956-cı illərdə yenidən Daşkənd kənd orta məktəbində müəllim işləmişdir.

1956-cı ildən 1959-cu ilə qədər Basarkeçər rayon Partiya Komitəsində təlimatçı və şöbə müdiri vəzifələrində işləyib.

1968-ci ildə maarif sahəsindəki xidmətlərinə görə "Əməkdar müəllim" adına, 1970-ci ildə "V. İ. Leninin 100 illik yubileyi" medalına, 1983-cü ildə "Xalq maarifçisi" medalına və 1986-cı ildə "Şərəf nişanı" ordeninə layiq görülmüşdür.

1959-cu ildən 1988-ci ilin dekabrına qədər Daşkənd kənd orta məktəbinin direktoru olmuşdur.

1962-ci ildən 1988-ci ilə qədər beş dəfə Ermənistan SSR-in Ali Məhkəməsinə xalq iclascısı seçilmişdir.

Qoşunəli Şamoyev 1988-ci ildən Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 saylı orta məktəbdə müəllim, 1997-ci ildən Gəncə şəhəri Kəpəz rayonu Veteranlar Təşkilatının və YAP ərazi veteranlar təşkilatının sədri vəzifələrində işləmişdir.[2]

  1. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995. səh.446 ISBN 5-8020-0852-0
  2. Qəşəm Məhərrəmov, İntiqam Məhərrəmov. "Başı dumanlı Göyçə", Bakı, "Е. L.", 2007. səh.116.