Qoşundaş abidəsi

Qoşundaş abidəsiZəngəzur mahalının Qarakilsə (02.03.1940-dan Sisian) rayonu ərazisində, rayon mərkəzi olan Qarakilsə qəsəbəsindən 3 km. aralıda e.ə. 2-ci minilliyə aid meqalit (iri daşlardan ibarət) tikili qalıqları.[1]

Qoşundaş
erm. Զորաց Քարեր - Zorats Karer
Xəritə
39°33′02″ şm. e. 46°01′43″ ş. u.HGYO
Ölkə  Ermənistan
Şəhər Sisiyan, Sünik
Yerləşir Sisian
Aidiyyatı Orta Tunc dövrü - Dəmir dövrü
Üslubu Meqalit
Sahəsi 50 ha
Vəziyyəti muzey
Rəsmi sayt carahunge.com
İstinad nöm.9.6/6.1
KateqoriyaKompleks
ƏhəmiyyətiDünya əhəmiyyətli
Qoşundaş (Ermənistan)
Qoşundaş
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qoşundaş abidəsi şaquli vəziyyətdə cərgə ilə düzülmüş, elə buradan da Qoşundaş adını almış bu daşlar Neolit dövrü yadigarıdır. Daş düzümünün mərkəzində çox güman ki, sərdabə, ətrafında isə açıq havada məbədin divarları yerləşmişdir. Abidənin Qoşundaş adını isə ermənilər sətri tərcümə edərək Zorakarer adlandırmışlar.

Bu daş abidə eramızdan öncə ikinci minilliyə aid olub. Sisian rayonunda, köhnə Qarakilsə kəndi (indiki Sisian) ilə Qızılcıq kəndinin arasındakı yastı təpəlikdə yerləşir.[2]

Sisian azərbaycanlıları arasında yayılmış bir rəvayətə görə bu yerlərdə vaxtilə çox nəhəng və güclü insanlar yaşamışlar. Bu insanlar oğuzların ulu babaları imişlər. Qoşundaş isə bir döyüşdə həlak olmuş əsgərlərin qəbirləridir. Daş dairənin içərisindəki kurqanlar isə qoşun başçılarına məxsusdur.[3]

Qoşundaş abidəsinin ətrafında aparılan qazıntı zamanı burada müxtəlif insan sümükləri, məişət və döyüş alətləri tapılmışdır.

Bir para erməni alimləri isə Qoşundaşı qədim rəsədxana hesab edirlər. Guya ki, 2000 il öncə burada qeyd olunan daşların köməkliyi ilə ayı və günəşi müşahidə edirlərmiş. Ancaq Qoşundaşın hansısa astronomik məqsədlərlə yaradılması fikri ağlabatan deyildir. Ən azı ona görə ki, bu yer çox vaxt dumanla örtülü olur, həm də o qədər də hündürlükdə deyildir və ayın, yaxud günəşin daşlar vasitəsilə müşahidəsi barədə hələlik elmə məlum olan təcrübə yoxdur. Digər tərəfdən əgər bu daşlar astronomik rəsədxana məqsədi daşıyırdısa, onda kurqanlar qəbirlər və yaşayış məntəqələrinin qalıqları və s. elmi faktlar bu fikri nəinki təsdiq etmir, əksinə belə gümanları daha da zəiflədir.[4]

Memarlıq quruluşu

[redaktə | mənbəni redaktə et]

Şaquli vəziyyətdə cərgə ilə düzülmüş, elə buradan da Qoşundaş adını almış bu daşlar neolit dövrünün yadigarıdır. Daş düzümünün mərkəzində, çox güman ki, sərdabə, ətrafında isə açıq havada məbədin divarları yerləşmişdir. Daşların hündürlüyü təxminən 1,5–2,2 m, eni 60–80 sm-dir. Bəzi daşların üzərində bir, ya bir neçə dəlik açılmışdır. Çox güman ki, bu dəliklər həddindən artıq ağır olan daşların qoşqu qüvvəsi ilə dartılması üçün nəzərdə tutulmuşdur.[5]

Qoşundaş abidəsi çoxlu sayda yerə bitili və dik dayanmış nəhəng daşlardan ibarətdir. Daşlar dairəvi formada sanki iki min il öncə nəhəng insanların fövqəlinsan qüvvəsi ilə yerə "sancılmışdır". Daş dairənin içərisində alçaq kurqan vardır. Bu ərazidə bir neçə yerdə qazma damların qalıqları indi də qalmaqdadır. Damların divarları iri ağır qayalarla kifayət qədər səliqəli hörülmüş, üstü nəhəng sal daşlarla örtülmüşdür.[6]

  1. "Əziz Ələkbərli. Qərbi Azərbaycan abidələri, 2-ci nəşri (Azərbaycan dilində), Bakı, Nurlan. 2007". 2015-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-05.
  2. "Qərbi Azərbaycan SALNAMƏLƏRİ". modern.az. İstifadə tarixi: 20 sentyabr 2023.
  3. "Zəngəzurun qədim dövr abidələri". portal.azertag.az. İstifadə tarixi: 20 sentyabr 2023.
  4. "Musa Urud, Zəngəzur // Prezident kitabxanasl" (PDF). 2012-07-25 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2012-01-12.
  5. "QƏRBİ AZƏRBAYCAN TORPAQLARINDA 5000 İLLİK TARİXİ ABİDƏ – QOŞUNDAŞ". millikimlik.az. İstifadə tarixi: 20 sentyabr 2023.
  6. "Qarakilsədəki Qoşundaş abidəsi". www.azadliq.info. İstifadə tarixi: 20 sentyabr 2023.
  • Əziz Ələkbərli, Qərbi Azərbaycan Abidələri
  • Ə. Ələkbərli. Qədim Türk-Oğuz yurdu — "Ermənistan", В., 1994,