Çəkiliş baxımından eksperimental xarakter daşıyan bu filmdə həm elmi-kütləvi, həm də kinooçerk janrlarından elementlər vardır. Filmdə Azərbaycan xalqının həyatının müxtəlif dövrlərinə aid olan Qobustan qayaüstü təsvirlərinin tarixi tədqiqinə xüsusi diqqət yetirilmişdir.
Qobustan | |
---|---|
Fayl:Qobustan (film, 1967).jpg | |
Janr | sənədli film |
Rejissor | Oqtay Mirqasımov |
Ssenari müəllifləri |
Anar Oqtay Mirqasımov |
Operator | Zaur Məhərrəmov |
Bəstəkar | Fərəc Qarayev |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1967 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkə | SSRİ |
İl | 1967 |
Texniki məlumatlar |
2 hissə 515 metr 35 mm |
Filmdə Qobustanla bərabər Bakının müxtəlif güşələrini-memarlıq abidələrini, neft mədənlərini, Bakı limanını, neftçıxarma qurğularını, mehmanxananın inşasını, rəssam Toğrul Nərimanbəyovun emalatxanasını əks etdirən səhnələrə də yer ayrılmışdır.