Qobustan FK və ya digər adı ilə Qobustan Futbol Klubu. 1995-ci ildə Bakının Qaradağ Rayonunun Qobustan qəsəbəsini təmsil edən klub, hazırda Region Liqasında çıxış edir.
Qobustan FK | |
---|---|
Klubun tam adı | Qobustan Futbol Klubu |
Ölkə | Azərbaycan Respublikası |
Kodu | QOB |
Rəng(lər) | |
Yaranma tarixi | 1995 ) |
Stadionu | Səlyan, Qarabağlı Stadionu |
Tutumu | 300-450 |
Baş məşqçisi | Samir İsayev |
Kapitanı | Taleh Gülməmmədov |
Liqa | Azərbaycan Region Liqası |
2022/2023 | 2[1] |
İnstegram — qobustan_fk
Təməli 1995-ci ildə qoyulmuşdur
"Qobustan" futbol klubu Anatoli Banişevski adına keçirilən yarışın qalibi, həvəskar klublar arasında keçirilən Republika Çempionatının 3-cüsüdür.
2017-ci ildə klub "Region Liqası"nda çıxış etməyə başlayıb. "Bakı Zonasında" iştirak edib, 2 mövsümün ardından, 2019-cü illərdə stadionunun təmir edilməsi səbəbilə "Cənub Zonasına" köçdü.
2023-cü ildə Samir İsayev ilə müqavilə imzalayıb. Belə ki, 10 oyunda 20 xal toplayan klub, sadəcə 2 oyununda məğlubiyyətlə üzləşib.
Emblemin üzərində Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda yer alan oyma təsvirinə yer verilib. Bu klubun təmsil etdiyi ərazi ilə bağlıdır. Klubun emblemində qaya üstü təsvirin bənzərinə yer verilməsi o qədər də təəccüblü deyil.
(Məqalə klubun Vitse-prezidenti Taleh Gülməmmədov'un müsahibəsi əsasında yazılmışdır)