Azərbaycan Region Liqası — Azərbaycanın həvəskar futbol klublarının çıxış etdiyi ən yüksək təbəqədir[1][2].
Ölkə | Azərbaycan |
---|---|
Açılış ili | 2017 |
İlk sezon | 2017/18 |
Komandaların sayı | 32 |
Liqalar sistemində səviyyə | 4 |
Yuxarı liqa | Azərbaycan İkinci Liqası |
Son çempion |
Qusar (2022/23) |
Ən uğurlu komanda | Uğur (2 dəfə) |
Veb səhifəsi | www.affa.az |
2022/23 |
Region Liqasında oyunlar hər qrupda 8-12 komanda olmaqla 3 qrupda təşkil olunur.[1] Oyunlar 2 dövrədən ibarət dairəvi sistemlə keçirilir.[1] Mövsümün təqvimi püşkatma yolu ilə tərtib olunur.[1] Hər 3 zonanın qalibi final mərhələsinə vəsiqə qazanır.[1] Final mərhəsi 3 komandanın iştirakı ilə 2 dövrəli sistemdən ibarət olacaq.[1] Region Liqasının oyunları həftənin şənbə və bazar günləri keçirilir.[1] İstisna hal kimi digər günlər AFFA-nın işçi qrupu tərəfindən təyin oluna bilər.[1] Oyunların keçirilmə müddəti yarışın təqvimi ilə müəyyən olunur.[1] Oyunlar AFFA tərəfindən təsdiq edilmiş meydançalarda keçirilir.[1] Region Liqasında Ən çox Kubok qazanan klub Uğur Fc-dır
Mövsüm | Çempion | İkinci | Üçüncü | Bombardir | |
---|---|---|---|---|---|
2017/18 | Uğur | Energetik | Füzuli | Balazahir Əsədullayev (Şağan, 13 qol) | |
2018/19 | Uğur | Şahdağ Qusar | |||
2021/22 | Cəbrayıl | Xan Lənkəran | Qusar | ||
2022/23 | Qusar | Çinar Zəngilan | Arpaçay Şərur | Eşqin Tağiyev (Qusar, 24 gol) |
Region Liqasında ilk 3 yeri tutan komandalar pul mükafatı təqdim olunur: 1-ci yer 10.000 AZN, 2-ci yer 5000 AZN, 3-cü yer 2000 AZN.[1][2] Mövsümün sonunda liqanın ən məhsuldar oyunçusu və ən yaxşı futbolçusu seçilir və onlar da hədiyyələrlə mükafatlandırılır.[1]
Klub | Çempion | Qalib olduğu illər |
---|---|---|
Uğur | 2017-18, 2018-19 | |
Cəbrayıl | 2021-22 | |
Qusar | 2022-23 |