Qofman adası — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir.
Qofman adası | |
---|---|
rus. Остров Гофмана | |
Ümumi məlumatlar | |
Sahəsi |
|
Uzunluğu |
|
Eni | 5,6 km |
Hündür nöqtəsi | 64 m |
Əhalisi | 0 nəfər (2012-ci il) |
Yerləşməsi | |
81°17′10″ şm. e. 60°10′16″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Vilayət | |
Arxipelaq | |
Akvatoriya | |
|
Qofman adası arxipelaqın şimal-şərqində yerləşir. Rayner adasından 7 km şərqdə, La-Ronser adasından 17 km şimal-qərbdə qərarlaşır.
Ada bərabər olmayan dairəvi formaya malikdir. Suqrobov burnu ilə (şərqində) Andre burnu (qərbində) arasında məsafə 13 kilometr, eni isə 3 km-dir. Böyük hissəsi buzla örtülüdür[1].. Buzdan azad olan hissələrdə qayalıqlar müşahidə edilir. Maksimal hündürlüyü 64 metrdir. Adanın şimsal sahillərində çoxlu sayda kiçik ada vardır.
Ada 1874-cü ilin aprelində Avstriyalı topoqraf və qütb araşdırmaçısı Yulius Payer tərəfindən kəşf edilmişdir. Ada tanınmış rus geoloqu, coğrafiyaçısı, mineroloq və səyyahı Ernest Qofmanın şərəfinə adlandırılmışdır.