Qolodomor və siyasi repressiyalar qurbanlarına abidə (Mariupol)

Qolodomor və siyasi repressiyalar qurbanlarına abidəUkraynanın Mariupol şəhərində qoyulmuş, totalitar sovet rejimində baş vermiş, qolodomor və siyasi repressiyaların qurbanlarına həsr olunmuş abidə.[1]

Qolodomor və siyasi repressiyalar qurbanlarına abidə
ukr. Пам'ятник жертвам голодомору та політичних репресій
Abidənin ümumi görüntüsü
Abidənin üstdən görüntüsü
Xəritə
47°05′43″ şm. e. 37°32′50″ ş. u.HGYO
Ölkə Ukrayna Ukrayna
Şəhər Mariupol
Yerləşir Mariupol
Tikilmə tarixi 2004
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Abidənin açılışı Mariupolda fəaliyyət göstərən "Memorial" cəmiyyəti tərəfindən 26 noyabr 2004-cü ildə Qolodomor və repressiya qurbanlarının anım günündə baş tutmuşdur. Abidə şəhər büdcəsi ilə yanaşı Mariupolda yerləşən "SU-112", "Stalkonstruksiya", "DPU-128", "Donbasstalkonstruksiya", "Azovmaş" ASC, "Markoxim" ASC, "İraklis", "Azovinteks" sənaye müəssisələrinin maaliyyə dəstəyi ilə açılmışdır. Abidənin müəllifləri memarlar, V.Zemlyanoy, S.Rudenko, K.Akulenko və A.Pinçukovdur.[2]

Abidəni təşkil edən qara və qırmızı qranit plitələr Ukrayna torpağını və günahsız axıdılan qanı simvolizə edir. Qara plitədə kiminsə həyatını qurtara biləcək 3 buğda dəstəsi, qırmızı plitədə isə QULAQ-ı simvolizə edən tikanlı məftil var. Qara plitənin üzərindəki yazı isə ukrukrayn dilindədir. Yazıda bunlar yazılıb:

«1932-1933-cü illər Qolodomor və siyasi repressiya qurbanlarına.» «Жертвам голодомору 1932—1933 рр. та політичних репресій»
«Keçmiş faciələri yenidən yaşamamaq üçün unutmayacağıq.» «Не забудемо трагедій минулого, щоб не пережити їх знову»
  1. "В Мариуполе почтили память жертв Голодомора" (rus. ). 0629.com. 23 noyabr 2018. 24 yanvar 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 yanvar 2020.
  2. "Памятник жертвам голодомора и политических репрессий" (rus. ). sakharov-center.ru. 24 yanvar 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 yanvar 2020.