Qonqurdağ

QonqurdağAzərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində dağ. Tərtər çayı ilə onun qolu Tutqunçayın suayrıcındadır. Hündürlüyü 2770 m. Qonur formasında da qeydə alınmişdir. Coğrafi ad qonur sözünün qədim “nq” qovuşuq səsli formasıdır. Dağın adı vulkan mənşəli olmasına görə qonura çalan şlakin rəngi ilə bağlıdır. Oronim qonqur (qonur) və dağ komponentlərinin birləşməsindən düzəlmişdir.[1]

Qonqurdağ
Ümumi məlumatlar
Mütləq hündürlüyü 2770 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Vilayət
  1. Qonqurdağ // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.