Qornya Maoça (serb-xorv. Gornja Maoča, serb-kiril. Горња Маоча), əvvəllər Karavlasi (serb-kiril. Каравласи) — Bosniya və Herseqovinanın Tuzla kantonunun Srebrenik bələdiyyəsində kənd. Mayevisa dağ silsiləsində yerləşən kəndin adı Azərbaycan dilinə "Yuxarı Maoça" olaraq tərcümə olunur.
kənd | |
Qornya Maoça | |
---|---|
serb-xorv. Gornja Maoča serb-kiril. Горња Маоча | |
44°46′ şm. e. 18°39′ ş. u. | |
Ölkə | Bosniya və Herseqovina |
Federasiya | [[Bosniya və Herseqovina Federasiyası]] |
Rayon | [[Tuzla]] |
Bələdiyyə | [[Brçko/Srebrenik]] |
Bələdiyyə | [[Brçko/Srebrenik]] |
Tarixi və coğrafiyası | |
Əvvəlki adı | Karavlasi |
İqlimi | Aralıq |
Saat qurşağı | UTC+1 , yayda UTC+2 |
Əhalisi | |
Əhalisi | təx. 100[1] nəfər (2010) |
Milli tərkibi | Boşnak, ərəb |
Rəsmi dili | Bosniya dili |
Qornya Maoça Bosniya və Herseqovinanın şimal-şərqində, Mayevisa dağ silsiləsinin üzərində yerləşir.
Kənd əvvəllər Karavlasi olaraq bilinirdi.[2] Bosniya müharibəsi zamanı kəndin serb əhalisi etnik təmizləməyə məruz qalmışdı.[3] Müharibədən sonra, kəndə yerli və əcnəbi vəhhabilər yerləşmişdir. Onların çoxu Bosniya Mücahidininin üzvü idi.[4]
2010-cu ildə kəndin İslam ekstremizmi ilə əlaqəsi və terrorist sığınacağı olması iddialarının yayılmasından sonra, müxtəlif yerli və beynəlxalq KİV-ləri kəndə böyük diqqət göstərmişdir.[5] FBI təşkilatının direktoru Robert Myuller 2009-cu ilin noyabr ayında Bosniya və Herseqovinanı ziyarət etdi. Bu ziyarətində Myuller dövlət başçısına özünün və ABŞ hökumətinin Qornya Maoça kəndində yaşayan vəhhabilərə görə narahat olduğunu bildirmişdi. 2 fevral 2010-cu ildə kənddə yüzlərlə polisin və 11 fərq hüquq-mühafizə orqanının təşəbbüsü ilə bir reyd keçirilmişdi.[6] Hadisə düz on saat davam etmişdir. Reyd yeddi nəfərin həbs edilməsi və az miqdarda silah-sursatın ələ keçirilməsi ilə nəticələnmişdir.[5]
Əməliyyatın və mətbuatda yaranan reaksiyanın həcmini nəzərə alındıqda, nəticə çoxunun fikrinə görə heç bir təsir bağışlamamışdır. Əməliyyatla tanış olan bir ABŞ diplomatı "Azadlıq Radiosu"na "polisin orada ortaya çıxartdığı şeylərə əsasən, Qornya Maoçadakı sələfilər biraz həvəskarlara bənzəyirlər" demişdir.
Buna baxmayaraq, Almaniya hökuməti Bosniya və Herseqovina hökumətinə ölkədəki hüquq-mühafizə orqanlarına göstərdiyi yardımları gücləndirməyə hazır olduğunu bildirmişdir.[1]