Qorqori — Tiflis quberniyasının Tioneti qəzasında çay.
İrəvan quberniyasının Eçmiadzin qəzasında Qurqura-Naval, Şimali Qafqazda Xasavyurt dairəsində Qurqur-Kutan və Qurqur-Tubə (yenə orada) toponimləri ilə mənşəcə eynidir. XIX əsrdə Quba qəzasının cənub hissəsində də bir dağın adı Qurqur kimi qeyd olunmuşdur. Qədim türkmənşəli bolqarların Kuriqur tayfasının adını əks etdirir.[1]