Qorxmaz Abdurəşidov

Qazi Qorxmaz Abduresidov

Həyatı[redaktə | mənbəni redaktə et]

Abdurəşidov Qorxmaz Tələt oğlu 22 sentyabr 1997-ci ildə Qobustan rayonunun Cəmcəmli kəndində anadan olmuşdur. 2004-2015-ci illərdə şəhid Rauf Babaşov adına Cəmcəmli kənd tam orta məktəbində təhsil almışdır. Təhsil aldığı müddətdə məktəb komandası ilə birgə Gənclər və idman Nazirliyi tərəfindən keçirilən "Şahin", "Cəsur" və Fövqəlaqə Hallar Nazirliyi tərəfindən keçirilən "Gənc xilasedici və yanğınsöndürən" hərbi-idman oyunlarında iştirak etmiş, zona və respublika mərhələlərinə yüksəlmişdir. 2015-ci ildə imtahanlarda iştirak etmiş və ADNSU Nəzdində Bakı Neft-Energetika Kollecinə qəbul olmuşdur. Hazırda təhsilini davam etdirir.

Hərbi Xidməti[redaktə | mənbəni redaktə et]

2015-ci ilin oktyabr ayında SHXÇDX-nin Qobustan Rayon bölməsindən müddətli həqiqi hərbi xidmətə yola salınmışdır.Gəncə şəhərində yerləşən hərbi hissədə "kəşfiyyat" kursu keçmiş və daha sonra Tərtər rayonunda "N" saylı "kəşfiyyat" bölüyündə xidmətinə davam etmişdir. Aprel döyüşləri baş verəndə Qorxmaz həqiqi hərbi xidmətdə olur və döyüşlərdə bir sıra əməliyyatlarda iştirak edir. 2020-ci ildə Vətən Müharibəsində iştirak etmək üçün könüllü olaraq döyüşlərdə iştirak etmək üçün 5 oktyabrda cəbhəyə yola düşür. "N" saylı hərbi hissənin "kəşfiyyat" bölüyündə vəzifəsi üzrə könüllü xidmətə başlayır. Talış kənd, Suqovuşan istiqamətində keçirilən döyüş əməliyyatlarında iştirak edir. 15 oktyabrda Suqovuşan qəsəbəsi istiqamətində gedən döyüşlərdə olduqları ərazi Tank Əleyhinə Əllə idarə olunan raketlə vurulmuşdur. Qorxmaz və döyüş yoldaşları ağır yaralanır. Nəticədə Qorxmaz sol gözünü itirir, bədənin müxtəlif hissələrindən yanıq və qəlpə yaraları alır.

Müalicəsi[redaktə | mənbəni redaktə et]

Yaralandıqdan sonra yaraları ağır olduğuna görə ilk yardım edilmiş Naftalan hospitalına, ordan Yevlax, daha sonra Neftçilər xəstəxanasına təxliyə edilir və daha sonra Mərkəzi hərbi kliniki hospitalda müalicə alır. Müalicələrdən sonra Buzovnada yerləşən sanator kurort reabilitasiya mərkəzində müalicəsini davam etdirir. 2021-ci ilin aprel ayında "Yaşat" fondu tərəfindən göz protezi ilə təmin edilir və müayinə və müalicəsinin davam etdirilməsi məqsədi ilə Trükiyəyə göndərilir. İstanbul-Pendikdə medikalpark"da müalicə alır. iyul ayında müalicəsi bitir və geri dönür. Hazırda da müalicəsi davam edir...

Təltifləri[redaktə | mənbəni redaktə et]

  1. 2016-cı ildə aprel döyüşlərində iştirakına görə fəxri fərmanla təltif edilib.
  2. "Suqovuşanın azad olunmasına görə" medalı;
  3. "Cəsur döyüşçü" medalı;

ilə təltif edilmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Hərbi qulluqçuların "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı
  2. Hərbi qulluqçuların "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqıAzərbaycan Respublikası Prezidentinin sərəncamı
  3. Mirzə li feysbuk səhifəsi

SONDA[redaktə | mənbəni redaktə et]

Biz hər şeyimizi, bu gün əgər rahat yaşayırıqsa onu, qalib ölkə olmağımızı ilk öncə şəhidlərimizə, sonra qazilərimizə və igidlərimizə borcluyuq. Xarıbülbülə can verənləri unutmarıq.

İmza: Mirzə Mirzəli