Qovaq yarpaqyeyəni-(lat. Chrysomella populi L.) Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Yarpaqyeyən böcəklər fəsiləsinə aid olan növ
Qovaq yarpaqyeyəni | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: ???: Qovaq yarpaqyeyəni |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Bədəninin uzunluğu 10–12 mm-dir. Beli tünd-yaşıl rənglidir. Qanadları isə qırmızıya çalır. Abşeron şəraitində böcəklər və sürfələr müxtəlif növ qovaq və söyüd ağaclarının üzərində yaşayır. Onlar müxtəlif illərdə yaşıllıq bitkilərinə, o cümlədən qovaq bitkisinə 40-50% zərər verirlər Böcəklər qışlamadan aprel ayının əvvəlləri çıxırlar. Dişi fərdlər 10-15 gün qidalandıqdan sonra yumurta qoymağa başlayırlar. Yumurtaları sarı rənglidir. Uzunluğu 2–3 mm, eni isə 1–2 mm-dir. Yumurtaların inkişafı 6-7 gün çəkir. Bir dişi böcək 200-dən 350-yə qədər yumurta qoya bilir.
Böcək, yumurtasını yarpağın alt tərəfinə topa şəklində qoyur. Hər bir topada 20-60 yumurta olur. Sürfələr yumurtalardan aprelin axırlarında çıxır. Onlar üç yaş dövrü keçirirlər. Sürfənin inkişafı 12-14 gün davam edir. Mayın ortalarında inkişafını başa vurmuş sürfələr puplaşmağa başlayırlar. 4-5 gündən sonra puplardan böcəklər çıxır. Onlar iyunun əvvəllərində yumurta qoymağa başlayırlar. Beləliklə qovaq yarpaqyeyni bir mövsüm ərzində iki, bəzi illərdə hava şəraiti yaxşı olanda 3 nəsil verə bilir. Qovaq yarpaqyeyəni başqa növlərdən fərqli olaraq yüksək yumurtaqoyma qabiliyyətinə malikdir.
Azərbaycanın Şamaxı- Quba, Şəki-Zaqatala, Gəncə-Daşkəsən, Lənkəran zonalarında və Kür-Araz düzənliyində, Palearktikada, Keçmiş SSRİ-nin Avropa hissəsində, Qafqazda, Krımda, Qırğızıstanda, Orta Asiyada, İranda, Çində, Yaponiyada yayılmışdır.