Qozbel dağ (hekayə)

Qozbel dağ (ing. Brokeback Mountain) — amerikan yazıçısı Enni Pru tərəfindən yazılmış və ilk dəfə 1997-ci ildə The New Yorker tərəfindən nəşr edilmiş hekayə. Ssenari müəllifləri Larri Mak Mörtri və Diana Ossana hekayənin məzmununu adaptə edərək 2005-ci ildə eyniadlı filmin çəkilişlərinə başlamışdılar[1][2]. Hekayə həmçinin kitab formasında da satışa buraxılmışdı.

Qozbel dağ
ing. Brokeback Mountain
Müəllif Enni Pru
Janrlar tarixi, məhəbbət
Orijinalın dili ingilis dili
Ölkə
Orijinalın nəşr ili 13 oktyabr 1997
Nəşr The New Yorker
Səhifə 41

Vayominq, 1960-cı illər. Gənc oğlanlar Ennis Del Mar və Cek Tvist ştatın ayrı-ayrı uzaq yerlərində, kasıb rançoda böyüyüblər və mövsümi iş üçün müraciət edərkən tanış olurlar. Onları yaşayış evlərindən uzaqda yerləşən Qozbel dağ ətrafında, yay otlaqlarında qoyunları otarmaq üçün işə dəvət edirlər. Bir gün axşam, xeyli viski içib bir az sərxoş olduqdan sonra, onlar soyuq havadan qorunmaq üçün palatkada birgə gecələməyə qərar verirlər. Gecə onlar cinsi əlaqəyə girirlər və bununla onların romantik əlaqələri başlayır.

Qozbel dağ hekayəsi "hər bir şey bilən" yazıçı tərəfindən yazılıb. Hekayə realistik tonlarda, tez-tez baş qəhrəmanlar tərəfindən istifadə edilən metafor, dərin emosiya hissləri ilə birgə dialoqla səciyyələnir.

  1. "Brokeback Mountain: Story to Screenplay (Trade Paperback)". Scribner. 2008-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-07-24.
  2. "Brokeback Mountain: Story to Screenplay (Hardcover)". Scribner. 2008-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-07-24.