Qozbel laləvər — (lat. Fritillaria gibbosa) Zambaqkimilər – (Lilicaeae Juss.) fəsiləsinə aid bitki növü.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU A2c+3c. Azərbaycanın nadir növüdür.
Soğanaqlı, çoxillik ot bitkisidir. Soğanaq açıq-pulcuqlu, kürəşəkillidir. Gövdə 8-20 sm hündürlükdə, yarpaqlar çılpaq, aşağı yarpaqlar qarşı-qarşıya, yuxarı yarpaqlar növbəli yerləşmişdir, ensiz, xətvari, sivridir. Çiçəkləri salxım çiçək qrupunda toplanıb, uc hissədə yerləşir. Çiçəkyanlığı 12- uzunluğunda, 7- enində, bənövşəyi rəngli, tünd-bənövşəyi damarlı, qaidəsi tünd-ləkəli, yumurtavari ovalşəkillidir. Tozluq bənöşəyi, mavi, qutucuq aztillidir [1][2][3][4].
Çiçəkləmə aprel, mеyvə əmələgətirmə may-iyun aylarına təsadüf edir. Soğanaqla və toxum vasitəsilə çoxalır. Quru, daşlı, gilli-çınqıllı yamaclarda yayılmışdır. Ksеromezofitdir. Geofit bəzək bitkisidir[1][2][5].
Naxçıvan düzənliyində Şahtaxtı, Duzdağ, Nehrəm ətrafı, Dərəşam və Darıdağ, Əlincəçay vadisində [1][2][6][7] [8].
Populyasiya az rast gəlinir. Məhdudlaşdırıcı amillərnin təsirinə məruz qalması populyasiyanın azalma tendensiyasını sübut edir[1][2]
Antropogеn (əhali tərəfindən yığılması) və zoogen amillər [1][2][6].
Mühafizəsi üçün xüsusi tədbirlər görülməyib. Yeni yayılma yerlərinin axtarılması vacibdir
Rhinopetalum gibbosum (Boiss.) Losinsk. et Vved.