Qrüner şəfəqsaçanı

Qrüner şəfəqsaçanı (lat. Anthocharis gruneri) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin ağ kəpənəklər fəsiləsinin şəfəqsaçan cinsinə aid heyvan növü.

Qrüner şəfəqsaçanı
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
İnfrasinif:
Ranqsız:
Dəstəüstü:
Yarımdəstə:
İnfradəstə:
Fəsiləüstü:
Yarımfəsilə:
Növ:
Şəfəqsaçan
Beynəlxalq elmi adı

Təsviri[redaktə | mənbəni redaktə et]

Qanadları açılmış halda 25-30 mm-dir. Limonu-sarı rəngdə olub dişi fərdlərin ön qanadlarının zirvəsində qırmızı, erkəklərdə isə qara ləkə vardır.[1]

Yayılması[redaktə | mənbəni redaktə et]

Yunanıstan, Türkiyə, Kiçik Asiya, Cənubi Qafqazda yayılmışdır. Azərbaycanda Kiçik Qafqazın dağ ətəklərində və dağlarında, kserofil yamaclarında rast gəlinir (Laçın rayonu, Naxçıvan MR və Talış (Zuvand))

Həyat tərzi[redaktə | mənbəni redaktə et]

Yaxşı inkişaf etmiş dağlıq kserofil bitkilər (gəvən və akantolimon) bitən yamaclar. Kəpənəklər mayda uçur, dişi fərdlər adətən otlar içərisində gizlənir və az hallarda uçur. Mayın axırında bitkinin yarpaqları ilə qidalanır. Puplaşma iyulun əvvəllərində müxtəlif sığınacaqlarda baş verir, pupları qışlayır və ildə bir nəsil verir. Yumurtalarını kələmkimilər fəsiləsindən olan Turritis glabra bitkisinin üzərinə qoyur. Tırtıllar iyun ayına qədər həmin bitkidə gizlənir. Kəpənəklər quşlar, yırtıcı milçəklər, cırcıramalar və hörümçəklər tərəfindən məhv edilir. Tırtılları üzərində müxtəlif minicilər, xalsid və taxin milçəkləri parazitlik edir.[2]

Sayı[redaktə | mənbəni redaktə et]

Kəpənəklərin miqdarı illər üzrə dəyişilir və bəzən çox az miqdarda olur. Talışda R.M.Əffəndi tərəfindən 3 fərd, 1982-ci ildə P.İ.Bedı tərəfindən 2 fərd, 2011-ci ildə V.V. Tixonov tərəfindən 2 fərd qeydə alınmışdır.[3]

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

Laçın rayonu işğal altında olduğundan kəpənəyin buradakı yaşayış yerlərinin indiki vəziyyəti barədə məlumat əldə etmək mümkün deyil. Başqa ərazilərdəki yaşayiş yerlərinin mal-qara otlaqlarına çevrilməsi və tapdaq altında qalması bu kəpənəyin arealının məhdudlaşmasına səbəb olur.

Qorunması üçün qəbul edilmiş tədbirlər[redaktə | mənbəni redaktə et]

Azərbaycanın Qırmızı Kitabına daxil edilmişdir.

Qorunması üçün məsləhət görülmüş tədbirlər[redaktə | mənbəni redaktə et]

Kəpənəyin yayıldığı ərazilərdə qorunan sahələr təşkil etməli, onun sayı və populyasiyanın vəziyyəti barədə məlumat əldə etmək üşün hər il monitorinqlər keçirilməlidir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Qırmızı Kitabı. 1989 İl.
  2. Azərbaycan Qırmızı Kitabı. II cild. Bakı: 2013.
  3. Рябов М.А. Чешуекрылые Кавказа. Животный мир СССР. т. V, М.- Л.: изд-во АН СССР, 1958, с. 351-475.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]