Qraf, qrafinya (alm. Graf) — Qərbi Avropada erkən orta əsrlərdə kral rəsmisi.
Titul IV əsrdə Roma İmperiyasında yaranmış və əvvəlcə ən yüksək vəzifəli şəxslərə verilmişdir (məsələn, comes sacrarum largitionum "baş xəzinadar"). VI əsrin ikinci yarısından etibarən Frank dövlətində qraf öz mahalında/qraflığında (alm. Gau — əvvələr təqribən 100 nəfərdən ibarət qədim almanlarda kənd icması) məhkəmə, inzibati və hərbi səlahiyyətlərə sahib idi. II Keçəl Karlın fərmanı (877-ci il) ilə qrafın vəzifəsi və mülk sahibliyi irsi halına gətirildi.
Feodal dağınıqlığı dövründə — qraflığın feodal sahibi, sonra (feodal dağınıqlığının bitməsi ilə) ali zadəgan titulu. Titul olaraq monarxik idarəetmə formasına sahib bir çox Avropa ölkəsində rəsmi olaraq mövcudluğunu qoruyur.
Rusiyaya titul I Pyotr (1706-cı ildə onu ilk alan B. P. Şeremetyev olmuşdur) tərəfindən gətirilmişdir[1]. XIX əsrin sonlarında Rusiyada 300-dən çox qraf tituluna malik zadəgan nəsli var idi. Sovet Rusiyasında qraf titulu Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin 11 noyabr 1917-ci il tarixli qərarı ilə ləğv edilmişdir.
Qraf sözü alman mənşəlidi alm. Graf[2], etimoloji cəhətdən qərbi alman ləhcəsinə aiddir — *ǥ(a)rēƀjōn > baş.-friz. grēva, baş..-isl. greifi, almanca müqaisəsində grêve; qərbi alman ləhcəsində sözün mənşəyi məlum deyil. İlk dəfə IX əsrdə latın əlyazmalarında grafio, graphio formalarında rast gəlinmişdir[3]. Qərbi alman sözü latınca "yoldaş" tərcüməsi kimi istifadə olunurdu. Yəni orta əsrlərdə "qraf" "padşahın yoldaşı" mənasını verirdi. Buradan da köhnə fransızca — "cuens", "conte" (lat. comitem) fr. comte "qraf"[4].
İngilis dilində sözün təkamülünü izləmək maraqlıdır. Köhnə ingilis dilində ümumalman sözü ġerēfa kimi səslənirdi. Sonradan qədim alman sözü iki formada işlənmişdir — grave (ehtimal ki, danimarkalılardan götürülmüşdür) və orijinal ingilis forması şəklində — reeve. Rus dilində sonuncu forma shire-reeve (etimoloji cəhətdən — scir, + reeve — nəzarətçi) və ya rus transkripsiyasında — şerif kimi işlənmişdir. Elə bu formadada rus dilindən azərbaycan dilinə keçmişdir.
Hər hansı əraziyə və ya gəlir yerinə sahib olmaq və idarə etmək hüququnu təsdiq edən sənəd grafio adlanırdı, bunu da yazılı və ya qramota kimi tərcümə etmək olar. Qraflıqdan alınan gəlirlər qrafın tam sərəncamına verilirdi, bu da onu mülkün qanuni sahibinin — şahın iş ortağı anlamına gətirirdi. "Kralın yoldaşı" söz birləşməsi iş ortaqlığı mənasında nəzərə alınmalıdır. Bu praktikadan Qızıl Orda dövründə rus torpaqlarında da istifadə edilirdi. Belə ki, rus knyazları Orda xanlarından ödəniş öhdəliklərini vaxtında yerinə yetirilməsi şərtilə özünü idarəetmə hüququ verən yarlıq alırdılar.
Rusiyada ilk qraf titullları Müqəddəs Roma İmperiyasının imperatoru tərəfindən verilirdi (1701 — F. A. Qolovin, 1702 — A. D. Menşikov, 1707 — G. İ. Qolovkin, 1715 — A. A. Matveyev).
Rus çarından qraf titulunu ilk alan şəxs Həştərxan üsyanının yatırılmasına görə B. P. Şeremetyev (1706) olmuşdur. Sonradan I Pyotr tərəfindən Q. İ. Qolovkin (1709), P. M. və F. M. Apraksinlər, N. M. Zotov və İ. A. Musin-Puşkin (1710), J. V. Brus (1721), A. M. Apraksin (1722), P. A. Tolstoya (1724) qraf titulu verilmişdir.
Rusiyada qraf sülalələri yerli (125 nəsil, o cümlədən Polşa Krallığı və Finlandiya Böyük Hersoqluğu qrafları) və xaricdən gəlmələr təşkil edirdi. Bunlar da öz növbəsində xarici dövlətlərdə bu titulu almış rus nəsillərinə bölündülər (məsələn, Zubov qardaşları (1793, Roma İmperiyası) və Rusiya vətəndaşlığını almış xarici qraf ailələri (məsələn, Krasinski (1837, Fransa), Qornı (1860, İsveç), Nesselrode (1705, Roma İmperiyası), Nostitsi (1849, Sileziya), Podqorçiani (1769, Venesiya). Qraf ttulu irsi idi, lakin müstəsna hallarda bu şəxsi də ola bilərdi (K. M. Prjezdetski, 1843). Qraflara "zati-aliləri" adı ilə müraciət edilirdi. Qraf sülalələri nəcib şəcərə kitablarının 5-ci hissəsinə daxil edilirdi. 1894-cü ilə qədər 310 qraf nəsli var idi (təxminən 70-də kişi şəcərəsi kəsişirdi).
Alman dilində | Rus dilində | Şərh/Mənşəyi |
---|---|---|
Markgraf | Markqraf və ondan əmələ gəlmiş markiz | mark sözündən (alm. mark — sərhədyanı əyalət) + qraf. Sözün özü — Markanın qrafı. |
Pfalzgraf | Pfalsqraf (həmçinin ingiliscə palsgrave) |
pfalz (saray) sözündən + qraf. Erkən Orta əsrlərdə monarx sarayda olmadıqda onu idarə edən. Qraf pfalsı (saray) idarə edən. |
Reichsgraf | Reyxsqraf | alm. Reich sözündən — (Müqəddəs Roma) İmperiya + qraf. Sözün özü — İmperiyanın qrafı |
Landgraf | Landqraf (titul) | land sözündən (yer) + qraf. Öz mülklərində yüksək hüquqa malik, hersoq və knyazlara tabe olmayan qraf titulu. Qefyusteter landqraf — knyazın hərbi valisi. |
Freigraf | Freyqraf | frei (azad) sözündən + qraf. Sözün özü — azad qraf[5] |
Gefürsteter Graf | Qefyursteter qraf | alm. fyurst sözündən + qraf. Əvvəldən knyazın xidmətçisi, vali. Sözün düzü — knyazın qrafı, yəni reyxsqrafdan fərqli olaraq, birbaşa knyaz-fyurstun vassalı (yuxarı bax). Orta əsr feodal zadəgan nərdivanında qraf knyaz və hersoqdan aşağıda dururdu. |
Burggraf | Burqqraf | alm. burg sözündən (qəsr, qala, ərazi) + qraf |
Rheingraf | Reynqraf | Rhein (Reyn çayı) sözündən + qraf. Reyn əyalətinin qraflarının adları[6]. Qədim qərbi-alman feodal nəsillərindən birinin titulu. Orta əsrlərin sonuna yaxın bu titul yavaş-yavaş yoxa çıxmağa başlamışdır. |
Altgraf | Altqraf | alt (köhnə) sözündən + qraf. Qədim qərbi-alman feodal nəsillərindən birinin titulu. Orta əsrlərin sonuna yaxın bu titul yavaş-yavaş yoxa çıxmağa başlamışdır. |
Wildgraf | Vildqraf | wild sözündən (alm. vəhşi quş — vəhşi yerlər) + qraf. Qədim qərbi-alman feodal nəsillərindən birinin titulu. Trier və Köln arxeyipiskopları və lotaringiya knyazlıqları arasında davamlı mübarizə sayəsində orta əsrlərin sonuna yaxın bu titul yavaş-yavaş yoxa çıxmağa başlamışdır. |
Raugraf | Rauqraf[7] | rau sözündən (əl dəyilməmiş, mənimsənilməmiş yer) + qraf |
Vizegraf | Vikont | vize sözündən (müavin) + qraf |
Qraf, titul // Brokhauz və Efronun ensiklopedik lüğəti : 86 tomda. (82 t. və 4 əlavə.). — SP., 1890–1907.