Kaledon kanalı — (ing. Caledonian Canal) Şotlandiya ərazisində yerləşən gəmiçilik kanalı. Kanalın ümumi uzunluğu 96 km olsa da, bunun 32 km-i süni kanaldır.[1]
Kaledon kanalı | |
---|---|
Axdığı yerlər | Şotlandiya |
Giriş | Fort - Vİlyam |
Mənsəb | İnverness |
Uzunluğu | 96 km |
Vikianbarda əlaqəli mediafayllar |
Kanal tektonik sınma zonasında formalaşmış Qlen-Mor vadisində yerləşir. Kaledon kanalı ölkənin Şimal dənizi sahillərini, Atlantik okeanın suları ilə birləşdirir. Kanal 29 şlüz, 4 akveduk və 10 körpüdən ibarətdir. Kanal özündə Lox Ness, Lox Loki və Lok Oix göllərini birləşdirir. Hal-hazırda kanalın gəmiçilik əhəmiyyəti o qədərdə böyük deyil. Daha çox turistləri cəlb edən bu yol mart ayından oktyabra ayına qədər səyahətə gələnlər üçün açıq olur.[2]
Kaledon kanalı əslində ən qədim fəaliyyət göstərən kanallardan biri hesab olunur. Onun tikintisinə 1803-cü ildə başlanılıb. Rəsmi açılışı 1822-ci ildə baş tutub. 800 000 funt sərf olunan kanalın əslində tikintisi o qədərdə böyük sərmayə tələb etmirdi. Əsas hissəsi təbi su hövzələrindən(göllər) ibarət olan bu kanal üçün əsas vacib iş, onun dərinliyinin artırılması idi. XIX əsrdə kanalın dərinliyi bir az artırılsada yenədə böyük dəniz gəmiləri üçün bu kanal keçilməz olaraq qaldı. Müasir dövürdə Böyük Britaniyanın ən populyar turist marşurutu xətti bu kanal üzrə keçir. Nəzərə alsaq ki, sirlərlə dolu Lox Ness gölüdə bu marşurutun üzərində yerləşir.[3]